Bu check-up paket niyə əhəmiyyətlidir?
6–18 yaş arası uşaqlar və yeniyetmələr üçün sağlamlıq, böyümə və inkişaf baxımından diqqət yetirilməli məqamlar müxtəlif və çoxşaxəlidir. Bu dövrdə:
- Boy və çəki artımı sürətlənir,
- Əzələ və sümük sistemi formalaşır,
- İkincili cinsi əlamətlər və hormonal dəyişikliklər özünü büruzə verir.
Bu fizioloji proseslərin hamısı, orqanizmin artan enerji vəmikroelement (vitamin-mineral) tələbatını qaçılmaz edir.
Əgər bu dövrdə bədəndə hər hansı vacib qida maddəsinin çatışmazlığı varsa, nəticədə:
- Fiziki inkişaf ləngiyə,
- İmmunitet zəifləyə,
- Zəka və diqqət problemləri,
- Davranış pozuntuları və əhval dəyişiklikləri meydana çıxa bilər.
Kompleks,məhz bu çatışmazlıqları araşdırmağa və aradan qaldırmağa yönəlmişdir.
Check-up paket tərkibində yoxlanılanlar:
- Sink,Zn
- Yod,I
- Vitamin A
- Vitamin B12
- Dəmir,Fe
- Magnezium,Mg
- Vitamin B9
- 25-Oh Vitamin D
- Kalisum,Ca
- Fosfor,P
- Sink (Zn) hüceyrələrin bölünməsi, böyümə, toxuma regenerasiyası və immun sistemin normal fəaliyyəti üçün əhəmiyyətlidir.Mineral bədənimizdə yüzlərlə fermentin işini tənzimləyir, çatışmazlığı zamanı boy artımının ləngiməsi, tez-tez infeksiyalara yoluxma, ağız ətrafında səpgilər, iştahsızlıq və zəif yara sağalması kimi əlamətlər müşahidə oluna bilər.
- Yod (I) qalxanabənzər vəzin hormonlarının sintezi üçün zəruridir. Bu hormonlar uşaqlarda maddələr mübadiləsini tənzimləməklə yanaşı, yaddaş və zehni funksiyaların düzgün formalaşmasında vacib rol oynayır.
- Vitamin A görmə qabiliyyəti, dəri və selikli qişaların bütövlüyü, həmçinin immun sistemin fəaliyyəti üçün zəruridir. Vitamin A çatışmazlığı gecə görməsinin zəifləməsi, tez-tez infeksiyalara yoluxma, dəridə quruluq və selikli qişalarda iltihabi proseslərlə müşayiət oluna bilər.
- Vitamin B12 sinir sisteminin sağlam fəaliyyəti, yaddaş və öyrənmə qabiliyyəti, eləcə də qan hüceyrələrinin normal yaranması üçün vacibdir. Çatışmazlığı qanazlığı, diqqət dağınıqlığı, əhval pozuntuları və sinir sistemi ilə bağlı müxtəlif simptomlara səbəbdir. B12 həmçinin hüceyrə səviyyəsində DNT sintezi reaksiyalarında mühüm rol oynayır.
- Dəmir toxumalara oksigenin daşınmasını təmin edir. Uşaqlarda artan enerji tələbatı və sürətli böyümə dövründə kifayət qədər olması vacibdir. Çatışmazlığı zamanı uşaqlarda fiziki zəiflik,tez yorulma, solğun dəri və dırnaq deformasiyaları baş verə bilər. Xüsusilə yeniyetməlik dövründə və qız uşaqlarında menstruasiyanın başlaması ilə ehtiyac daha da artır.
- Maqnezium enerji mübadiləsində, əzələ və sinir funksiyalarında, eləcə də sümük sağlamlığında mühüm rol oynayır.Maqnezium çatışmazlığı uşaqlarda əzələ spazmları, yuxu pozuntuları, əsəbilik və diqqət çətinliyi ilə özünü göstərə bilər.
- Vitamin B9 -Folat hüceyrə bölünməsi və DNT-nin sintezi üçün vacib olan B qrupu vitaminidir. Folat həm də beyin funksiyalarının formalaşmasında və sinir sisteminin düzgün inkişafında əhəmiyyətli rol oynayır.
- 25-OH Vitamin D sümük və dişlərin inkişafında, əzələ funksiyalarında və immun sistemin güclənməsində böyük rol oynayır. Onun çatışmazlığı uşaqlarda raxit,əzələ zəifliyi və infeksiyalara qarşı müqavimətin azalması ilə nəticələnə bilər.
- Kalsium bədəndə əsasən sümük və dişlərin tərkibində toplanır. Sinir impulslarının ötürülməsi, əzələlərin yığılması və qan laxtalanması kimi həyati funksiyalarda iştirak edir.
- Fosfor hüceyrə enerjisini təmin edən molekulunun əsas komponentidir və kalsiumla birlikdə sümük və diş strukturlarının formalaşmasında iştirak edir. Həmçinin, DNT, RNT və hüceyrə membranlarının tərkibində yer alır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.