Check
Check
Hamiləlik dövründə sizin və körpənizin ehtiyac duyduğu əsas vitamin və mineralların yoxlanması üçün check-up paketi
Bu check-up paket niyə əhəmiyyətlidir?
Hamilə qadının orqanizmi faydalı mikroelementlərin artırılmış qəbuluna ehtiyac duyur.
Artıq mayalanma mərhələsindən və hamiləliyin ilk 12 həftəsindən etibarən vitamin və mineralların kifayət qədər səviyyədə olması vacibdir. Bu, hamiləliyin normal gedişatı və gələcək körpənin inkişaf qüsurlarının profilaktikası üçün mühüm əhəmiyyət daşıyır. Gələcək analar instinktiv olaraq daha müxtəlif və faydalı qidalanmağa başlayırlar ki, körpə bütün zəruri maddələri əldə edə bilsin.
Bununla belə, hamilə qadınlarda vitamin və mineral çatışmazlığı geniş yayılmış hal olaraq qalır. Təklif olunan analiz kompleksi hamilə qadınlarda əsas mikroelement çatışmazlıqlarını aşkarlamağa imkan verir.
Check-up paket tərkibində yoxlanılanlar
Vitamin D (25-OH):Vitamin D-nin kifayət qədər səviyyədə olması hamiləliyin bütün mərhələlərində – implantasiyadan və plasentanın formalaşmasından etibarən – mühümdür.
Bu vitamin “ana — plasenta — döl” sisteminin funksional fəaliyyətində vacib rol oynayır, embriogenezin, həmçinin prenatal və postnatal dövrlərin sağlam keçməsinə müsbət təsir göstərir.
Çoxsaylı tədqiqatlar göstərir ki, vitamin D-nin aşağı səviyyəsi hamiləlikdə bir sıra fəsadlarla əlaqəlidir: erkən doğuş riski, plasentar yetməzlik, hamiləliyin pozulması, preeklampsiya, gestasion diabet, bakterial vaginoz, uşaqlığın yığılma qabiliyyətində pozğunluq riski və doğuşun operativ yolla başa çatma ehtimalının artması.
Yod (I):Dölün orqanizmi yod çatışmazlığına qadının orqanizmindən daha həssasdır. Bu, onunla əlaqədardır ki, inkişaf etməkdə olan döl yod çatışmazlığına böyüklər kimi uyğunlaşa bilmir.Ona görə də hamiləlik zamanı hətta qısa müddətli yod çatışmazlığı belə, döl üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.
Ən çox zədələnən sistemlər dölün psixi (zehni) və motor (hərəkət) inkişafı ilə bağlıdır. Tədqiqatlar göstərir ki, hamiləlik zamanı yod çatışmazlığı (hətta gizli formada) olan qadınların övladları psixi və fiziki inkişafda geriliklə doğula bilər.
Bu geriliyin ağırlığı isə birbaşa hamiləlik dövründəki yod çatışmazlığının dərəcəsi ilə əlaqəlidir. Ən ağır hallarda uşaqlarda əqli zəiflik, boy inkişafında ləngimə, müxtəlif orqan və sistem qüsurları meydana çıxa bilər.
Vitamin B9 (Folat):Folatların çatışmazlığı və onların mübadilə pozğunluğu dölün anadangəlmə inkişaf qüsurlarına səbəb ola bilər:
İonlaşmış kalsium (Ca²⁺):Kalsium çatışmazlığı dölün inkişafında ləngiməyə səbəb ola bilər.
Kalsiumun kifayət qədər olmaması, həmçinin toksikozların və neyrovegetativ pozğunluqların yaranmasına şərait yaradır.
Kalsium böyrəklərin funksional fəaliyyətində, qanda xolesterin səviyyəsinin tənzimlənməsində iştirak edir.
Osteoporoz və kariyesin qarşısının alınması üçün də hamilə qadın orqanizmində kalsiumun kifayət qədər olması vacibdir.
Hamiləlik dövründə endokrin sistemin funksional dəyişiklikləri mineral mübadiləsində də dəyişikliklərə səbəb olur və nəticədə kalsium-fosfor balansının və sümük metabolizmasının pozulması üçün zəmin yaranır.
Dəmir:Hamiləlik zamanı dəmir çatışmazlığının inkişafı aşağıdakı səbəblərlə bağlıdır:
Dəmir çatışmazlığı fonunda ən çox müşahidə edilən problemlər:
Bu fəsadların tezliyi dəmir çatışmazlığı sindromu zamanı 28-40% arasında dəyişir.
Vitamin B1 (Tiamin):Tiaminin fosfat törəmələri karbohidrat və yağ mübadiləsində iştirak edən bir sıra fermentlər üçün vacib kofaktorlardır.
Hamiləlik zamanı, xüsusilə də son trimestrlərdə qanda qlükoza səviyyəsinin artması müşahidə olunur ki, bu da dölün enerji tələbatı ilə bağlıdır.
Bu vəziyyət, xüsusilə karbohidratla zəngin qidalanma və hərəkətsizlik fonunda gestasion diabet riskini artırır.
Klinik tədqiqatlara əsasən, tiamin səviyyəsi 1-ci trimestrdən 3-cü trimestrə qədər 16–27% azalır. Bu isə hamiləliyin sonuna doğru B1 vitamininə artan ehtiyacın olduğunu göstərir və bu tələbat laktasiya dövründə də davam edir.
Vitamin B6 (Piridoksin):Vitamin B6-nın aktiv forması olan piridoksalfosfat, amin turşularının mübadiləsində iştirak edən fermentlərin kofaktorudur
Vitamin B6, B12 vitamini və folatlarla birlikdə dölün sinir borusu defektləri və digər inkişaf qüsurlarının qarşısını almaqda mühüm rol oynayır.
1-ci trimestrdə piridoksin səviyyəsi çox aşağı olduqda:
Tədqiqatlar göstərir ki, 2-3-cü trimestrlərdə bu vitaminə olan ehtiyac artır. Lakin ən böyük çatışmazlıq adətən erkən dövrdə müşahidə edildiyi üçün, hamiləliyin ilk mərhələlərində daha yüksək dozada piridoksin təyin edilməsi məqsədəuyğundur.
Maqnezium:Plasentanın təqribən 100 zülalının funksiyasını təmin etməkdə, əzələ və sümük toxumasının formalaşmasında, zülal sintezində iştirak edir.
Hamiləlik dövründə tez-tez rast gəlinən maqnezium çatışmazlığının aradan qaldırılması:
Bununla belə, doğuşa yaxın müddətdə maqneziumun artıqlığı uşaqlığın normal yığılmasına mane ola biləcəyi üçün ondan qaçınmaq lazımdır.
Vitamin B12:Vitamin B12 bəzi amin turşuları, yağ turşuları və nukleotidlərin parçalanmasında iştirak edir.Vitamin B12 çatışmazlığı zamanı hüceyrələrin böyümə sürəti azalır.
Vitamin B12 ehtiyatlarının çox hissəsi hamiləliyin ilk trimestrində sərf olunur. Trimestrlər irəlilədikcə qaraciyərə düşən yük artır, buna görə də B12 vitamini hepatoprotektor (qaraciyər qoruyucu) kimi də əhəmiyyətlidir.
Vitamin B2:Riboflavin dölün hüceyrə bölünməsi və toxuma formalaşması üçün vacibdir.Onun çatışmazlığı zamanı dölün skelet və əzələ sistemi normal inkişaf etməyə bilər.Sinir sisteminin formalaşması və göz, dəri, tənəffüs yolları epitelinin sağlam inkişafı üçün də B2 vacibdir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Check