Check
Check
Bu check-up paket niyə əhəmiyyətlidir?
Hamilə qadının orqanizmi faydalı mikroelementlərin artırılmış qəbuluna ehtiyac duyur.
Artıq mayalanma mərhələsində və ilk 12 həftədə vitamin və mineralların kifayət qədər olması vacibdir. Bu, hamiləliyin normal gedişi və dölün inkişaf qüsurlarının qarşısının alınması baxımından olduqca önəmlidir. Bu analiz kompleksi hamilə qadınlarda əsas defisitləri aşkar etməyə kömək edir.
Check-up paket tərkibində yoxlanılanlar
Vitamin D (25-OH)::Vitamin D səviyyəsi hamiləliyin bütün mərhələlərində-plasentanın formalaşmasından başlayaraq vacibdir. Bu vitamin "ana-plasenta-döl" sisteminin düzgün işləməsində mühüm rol oynayır və embriogenezə, həmçinin prenatal və postnatal dövrlərin gedişinə müsbət təsir göstərir.
Bir çox tədqiqatlar göstərir ki, D vitamini çatışmazlığı hamiləlik dövründə bir sıra fəsadlarla-erkən doğuş riski, plasentar yetməzlik, hamiləliyin pozulması, preeklampsiya, gestasion şəkərli diabet, bakterial vaginoz, uşaqlıq əzələlərinin tonus pozğunluqları və operativ doğuş hallarının artması ilə əlaqələndirilir.
Yod (I):Dölün orqanizmi yod çatışmazlığına ananın öz orqanizmi ilə müqayisədə daha həssasdır. Bu, onunla izah olunur ki, inkişaf edən döl, yod çatışmazlığına böyüklər kimi uyğunlaşa bilmir. Hətta qısa müddətli yod çatışmazlığı belə döl üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.
Bu, ilk növbədə uşağın psixi (zehni) və motor (hərəkət) inkişafına təsir göstərir.Hamiləlik dövründə az da olsa yod çatışmazlığından əziyyət çəkmiş qadınların övladları, psixi və fiziki inkişafda geri qalmış şəkildə doğulurlar. Ən ağır hallarda bu, əqli gerilik, boy artımının ləngiməsi, müxtəlif inkişaf qüsurları və s. ilə müşahidə edilə bilər.
Vitamin B9 (Folat):Folatların defisiti və ya mübadilə pozğunluğu dölün anadangəlmə inkişaf qüsurları ilə nəticələnə bilər. Bunlara sinir borusu defektləri ( beyin yırtığı), sidik-cinsiyyət sistemində anomaliyalar, anadangəlmə ürək qüsurları, çənə-üz nahiyəsindəki anomaliyalar ("dovşan dodaq") daxildir.
İonlaşdırılmış kalsium (Ca²⁺):Kalsium çatışmazlığı dölün inkişafda ləngiməsinə səbəb ola bilər. Bundan əlavə, kalsiumun azlığı toksikozların, sinir sistemi pozğunluqların inkişafına şərait yaradır.Kalsium böyrəklərin tam fəaliyyət göstərməsi, qanda xolesterin səviyyəsinin tənzimlənməsi və hamilə qadınlarda osteoporoz və kariyesin qarşısının alınması üçün vacibdir.Hamiləlik dövründə mineral mübadiləsi də dəyişir və bu da kalsium-fosfor balansının pozulmasına, eləcə də sümük metabolizmasının zədələnməsinə gətirib çıxara bilər.
Serum dəmiri(Fe):Hamiləlik dövründə dəmir çatışmazlığının inkişafı, bu mikroelementin artan tələbat səbəbindən normadan artıq sərf olunması, az qəbulu, mədə-bağırsaq traktında mənimsənilmə pozğunluğu və eritropoetinin qeyri-adekvat sintezi ilə bağlıdır.
Ən çox rast gəlinən problemlər -hamiləliyin pozulma riski, plasentar çatışmazlıq, preeklampsiya, erkən doğuşdur. Dəmir defisiti sindromu fonunda bu fəsadların rastgəlmə tezliyi 28–40% arasında dəyişir.
Vitamin B1 (Tiamin):Tiaminin karbohidrat və yağların parçalanmasında iştirak edən bəzi fermentlərin kofaktorudur. Hamiləlik zamanı, xüsusilə də sonrakı trimestrlərdə qanda qlükozanın səviyyəsi yüksəlir, çünki dölün enerji tələbatı artır.
Bu isə karbohidratların həddindən artıq istehlakı və az hərəkətlilik fonunda hamiləlik zamanı diabetin inkişaf riskini artırır. Hamiləliyin sonunda və laktasiya dövründə B1 vitamininə tələbat artır.
Vitamin B6 (Piridoksin):B6 vitamininin aktiv forması amin turşusu mübadiləsində iştirak edən fermentlərin kofaktoru kimi mühüm rol oynayır.
Hamiləlikdə bəzi dövrlər kritik hesab olunur, çünki bu zaman piridoksinə tələbat artır. B6 vitamini, B12 ilə birlikdə sinir borusu defektləri və digər anadangəlmə qüsurların qarşısının alınmasında mühüm rol oynayır.
1-ci trimestrdə piridoksin səviyyəsinin aşağı olması maqneziumun mənimsənilməsini azaldır,sürətli diş çürüməsinə gətirib çıxarır.
2-3-cü trimestrlərdə bu vitaminə olan tələbat artır, lakin defisit adətən erkən mərhələlərdə müşahidə olunduğuna görə, ilk trimestrdə piridoksin təyin edilməsi məqsədəuyğundur.
Maqnezium:Maqnezium 500-dən çox zülalın, o cümlədən enerji metabolizmasında iştirak edən fermentlərin əmələ gəlməsində rol oynayır.Əzələ və sümük toxumasının üçün də maqnezium vacibdir.
Hamiləlik zamanı tez-tez rast gəlinən maqnezium çatışmazlığının aradan qaldırılması uşaqlıq tonusunun artması, spontan abort və dölün inkişaf ləngiməsi riskini azalda bilər.
Lakin doğuş ərəfəsində uşaqlığın normal yığılma qabiliyyətinin təmin olunması üçün maqneziumun artıq dozasından qaçınmaq lazımdır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Check