Vitamin Check-up Paketləri

Autoimmun Balans:Autoimmun xəstəliklərdə balanslaşdırılmış Vitamin və mineral yoxlaması
Bu Check-up paket niyə əhəmiyyətlidir?

Kompleks analizlər autoimmun xəstəliklər zamanı vitamin və mineral çatışmazlıqlarını müəyyən etməyə imkan verir.

 

Check-up paketə daxil olanlar:

  • Vitamin A
  • Vitamin E
  • Vitamin B9
  • Sink,Zn
  • Vitamin B6

Vitamin B9 (Folat):Vitamin B9-un orqanizmdəki əsas funksiyası metil qrupunu (CH₃−) daşımaq qabiliyyətidir. Bu, DNT-nin və bəzi amin turşularının (məsələn, qlisin, metionin) sintezi zamanı həyata keçirilən mühüm reaksiyalardır.

Fol çatışmazlığı (hipovitaminoz) zamanı DNT-nin sintezi ləngiyir, anomaliyalı və qeyri-stabil DNT molekulları yaranır. Bu isə timin nukleotidlərinin uridinlə əvəz olunması nəticəsində DNT-nin tez dağılması ilə nəticələnir.
Belə bir pozğunluq ilk növbədə tez-tez yenilənən hüceyrə və toxumalaraqan və epitel toxumalarına təsir edir. Məhz bu səbəbdən fol turşusu çatışmazlığının klinik əlamətləri əsasən bu sistemlərlə bağlı olur.

 

Vitamin B6 (Piridoksin):Revmatoid artrit, çölyak xəstəliyi, Kron xəstəliyi, qeyri-spesifik yaralı kolit – bu kimi autoimmun xəstəliklər B6 vitamininin çatışmazlığı riskini kəskin şəkildə artırır.

 

Sink:Sink çatışmazlığı limfositlərin formalaşması, aktivləşməsi və yetişməsi proseslərinə mənfi təsir göstərir. Bu zaman hüceyrəvi immunitet zəifləyir.
Bir sıra tədqiqatlar sinkin aşağıdakı infeksiyaların müalicəsində faydalı olduğunu göstərmişdir:

  • viral infeksiyalar (kəskin bağırsaq infeksiyaları, hepatit C, HIV),
  • bakterial infeksiyalar (şigellyoz, Helicobacter pylori),
  • parazitar invaziyalar (leyşmanioz, malyariya),
  • autoimmun xəstəliklər (1-ci tip şəkərli diabet, revmatoid artrit).
 

Vitamin A (Retinol):Vitamin A aşağıdakı funksiyalar üçün vacibdir:

  • normal görmə qabiliyyəti,
  • immunitet sisteminin fəaliyyəti,
  • embrional inkişaf,
  • dəri və selikli qişaların bütövlüyü və artımı,
  • sümük inkişafı,
  • göz fotoreseptorlarının əmələ gəlməsi,
  • gözün və digər selikli qişaların qorunması.
    Vitamin A çatışmazlığı gecə korluğu, göz toxumalarının zədələnməsi, ağır hallarda isə tamami ilə korluq ilə nəticələnə bilər.
 

Vitamin E (Tokoferol):Vitamin E-nin əsas funksiyası antioksidant müdafiədir və sərbəst radikalların zərərli təsirini neytrallaşdırır.
Bundan başqa:

  • qan hüceyrələrinin (trombositlərin) damar divarına yapışmasının qarşısını alır,
  • qan dövranını yaxşılaşdırır,
  • damar tıxanması və laxtalanma (tromboz) riskini azaldır,
  • damarların elastikliyini qoruyur və ürək-damar xəstəliklərindən qorunmağa kömək edir.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi