Vitamin Check-up Paketləri

Daxildən gözəllik: Sağlam görünümdə önəmli vitamin və minerallar

Bu check-up paket niyə əhəmiyyətlidir?

Qırılan saçlar və quru dəri? Səbəbi vitamin çatışmazlığında axtarın!Gözəllik daxildən başlayır – yəni vitamin və mineral balansından. Məlumdur ki, demək olar ki, bütün hipovitaminoz halları dəri, dırnaq və saçlarda dəyişikliklərlə müşahidə olunur.

Əgər sizdə aşağıdakı əlamətlər varsa, həkimlər vitamin və mineral analizləri verməyi tövsiyə edirlər:

  • Qırıq, uclardan quru və solğun saçlar
  • Qırılan, tez sınan dırnaqlar
  • Aydın olmayan ağ ləkələrlə nazik dırnaqlar
  • Tez yorulma, enerji çatışmazlığı
  • İmmun zəiflik
  • Dəridə rəngin solğunlaşması (hipopiqmentasiya)
  • Həddindən artıq saç tökülməsi

Check-up paket tərkibində yoxlanılanlar

  • Vitamin A
  • Vitamin E
  • 25-OH Vitamin D
  • Vitamin B6
  • Vitamin B9
  • Vitamin B12
  • Fosfor,P
  • Mis,Cu
  • Sink,Zn
  • Dəmir,Fe
  • Maqnezium,Mg
  • Selen,Se
  • Kalsium,Ca

Vitamin D (25-OH, kalsiferol):Dırnaqların solğunluğu, qırılması və kövrəkləşməsi diqqətçəkən əlamətlərdəndir.
Vitamin D sinir sisteminin normal işləməsi üçün vacibdir, bu isə birbaşa olaraq dərinin vəziyyətinə, immun sistemə və dayaq-hərəkət sisteminə təsir göstərir.

Mis (Cu):Kollagen sintezində iştirak edir – bu da dərinin elastikliyini qoruyan əsas faktordur.
Mis çatışmazlığı zamanı:

  • dəri elastikliyini itirir,
  • erkən qırışlar və alt dəridə piy toxumasının azalması müşahidə olunur,
  • dəridə solğunluq, vitiliqo, səpkilər, iltihaba meyllilik,
  • erkən ağarma və saç tökülməsi ilə müşahidə olunur.

Sink (Zn):300-dən çox fermentin tərkibində iştirak edir – o cümlədən enerji mübadiləsi, zülal sintezi, DNT və hüceyrə bölünməsi.
Sink həmçinin kollagenin yaranmasında mühüm rol oynayır.
Onun çatışmazlığı nəticəsində:

  • dəri quruyur, soyulur, iltihablanır,
  • dırnaqlar tez sınır və laylanır,
  • saçlar kövrəkləşir və tez tökülür,
  • erkən qocalma əlamətləri görünür.

Fosfor (P):Çatışmazlığı zamanı:

  • dırnaqlar tez sınır,
  • dəri quruyur və soyulur,
  • əzələ zəifliyi yaranır – bu da xarici görünüşə təsir edir.
    Fosfor eyni zamanda hüceyrələrin böyüməsi və sümük toxumasının sağlamlığı üçün vacibdir.

Maqnezium (Mg):Toxumaların bərpasında mühüm rol oynayır. Məsələn, kəsik və yanıqlardan sonra dərinin nə qədər tez sağalması maqneziumdan asılıdır.
Maqnezium həm də B qrupu vitaminləri və vitamin C-nin bədəndə işləməsi üçün lazımdır. Yəni bu vitaminlərin faydalı olması üçün maqneziumun mövcudluğu zəruridir.

Kalsium (Ca):Kalsium çatışmazlığı:

  • kollagen sintezini yavaşladır → dəri elastikliyini itirir → qırışlar artır,
  • kapilyarların tonusunu pozur → şişkinlik və kuperoz yaranır,
  • keratinositlərin – epidermis hüceyrələrinin yaranmasına təsir edir → dəri zəifləyir, qırılmağa meyilli olur.

Dəmir:Dəmir çatışmazlığı aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

  • əzələ zəifliyi
  • dodaq bucaqlarında çatlar
  • dərinin solğunluğu
  • nazik dırnaqlar
  • qırılan saçlar

Vitamin E:Dərinin səthindəki iltihab və günəş şüalarının yaratdığı zədələnmələrə qarşı qoruyucu təsir göstərir.

  • qocalmanı ləngidir,
  • ultrabənövşəyi şüaların zərərlərini azaldır,
  • dərinin xərçəngə meylini azaldır,
  • iltihab yaradan omega-6 yağ turşularının təsirini zəiflədir.

Vitamin A:Dərinin su tutma qabiliyyətini artırır, bu da onu günəş yanığına qarşı daha dözümlü edir. Həmçinin, epitel toxumalarının sağlamlığı və kollagen sintezi üçün vacibdir.

Selen (Se):Onun çatışmazlığı zamanı:

  • saç tökülməsi,
  • dırnaq lövhələrində distrofik dəyişikliklər (çatlama, kövrəklik) müşahidə olunur.

Vitamin B6 (Piridoksin):Çatışmazlığı:

  • dəridə səpkilər,
  • xeyloz (dodaq kənarlarında çat, qızartı, şişkinlik) ilə müşahidə oluna bilər.

Vitamin B9 (Fol turşusu):Onun çatışmazlığı zamanı:

  • dərinin quruluğu, nazikləşməsi, solğunlaşması,
  • saç tökülməsi və zəif böyüməsi,
  • qanazlığı fonunda dəri qidalanmasının pozulması baş verir.

Vitamin B12 (Sianokobalamin):Əskikliyi:

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi