Bu Check-up paket niyə əhəmiyyətlidir?
Kompleks, mədə və bağırsaq xəstəlikləri zamanı vitamin və mineralların əsas çatışmazlıqlarını aşkar etməyə imkan verir.
Check-up paket tərkibində yoxlanılanlar:
- Selen,Se
- Vitamin B9
- Vitamin B6
- Maqnezium,Mg
- 25-OH Vitamin D
- İonlaşmış Ca
- Fosfor,P
- Vitamin B12
- Dəmir,Fe
- Vitamin B9:Vitamin B9 çatışmazlığı, bağırsaq və mədə xəstəlikləri olan xəstələrdə, vitaminin udulması və ya sintezinin pozulması, həmçinin qurd invaziyalarına bağlı olaraq inkişaf edə bilər.
- Vitamin B12:Vitamin B12-nin,mədə-bağırsaq xəstəlikləri və ya bəzi dərmanların istifadəsi zamanı çatışmazlığı görülə bilər.
- Vitamin B6:Vitamin B6 - suda həll olunan vitamindir. Vitamin B6, bitki və heyvan mənşəli qidalardan orqanizmə daxil olur və bağırsaq mikrob florası tərəfindən sintez edilə bilir. Vitamin B6-nın hipovitaminozu (çatışmazlığı), balanssız və tək-tip qidalanma nəticəsində yarana bilər. Vitamin B6-nın çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri olan xəstələrdə, vitaminin udulması və ya sintezinin pozulması səbəbindən inkişaf edir.
- Maqnezium:Maqnezium energetik və elektrolitik mübadilədə iştirak edir, hüceyrə böyüməsinin tənzimləyicisi kimi fəaliyyət göstərir və zülal molekullarının sintezinin bütün mərhələlərində zəruridir. Maqneziumun membran nəqli proseslərindəki rolu xüsusilə vacibdir.
- Kalsium:Kalsium – mühüm tənzimləyici, metabolik və struktur funksiyalara malik olan ən vacib mikroelementdir, aktiv təsirləri ionlaşmış formasında həyata keçirilir. Qan kalsiumun normal səviyyədə saxlanılması, bağırsaqda onun udulması, sümük toxumasında mübadiləsi və böyrəklər tərəfindən xaric edilməsi proseslərinin tarazlığı ilə təmin olunur.
- Selen:Ədəbiyyatda, qan serumu ilə bağırsaq mikrobiotasının tərkibi arasında əlaqə ilə bağlı məlumatlar mövcuddur. Aparılan tədqiqatlar göstərmişdir ki, qan serumu səviyyəsində normal selen ilə onun çatışmazlığını müqayisə etsək, Bağırsaq normal mikroflorasına daxil olan bakteriyaların sayında dəyişiklik qeydə alınır. Bundan əlavə, məlum olub ki, bakterial hüceyrələr seleni öz proteinlərini istehsal etmək üçün istifadə edərək, qan serumundakı səviyyəsini azaldır.
- Vitamin D:Vitamin D-nin əsas rolu kalsium və fosfor mübadiləsinin tənzimlənməsində və sümük toxumasının minerallaşmasında dayanır. O, dişlərin yaxşı vəziyyətinin qorunmasına da kömək edir. Bundan əlavə, bu vitaminin çatışmazlığı, qalın bağırsaq xərçənginin artan riski ilə əlaqələndirilir.
- Dəmir:Dəmirin əsas rolu periferik toxumalara oksigen daşınmasını təmin etməkdən ibarətdir. Dəmir çatışmazlığı anemiyası bütün orqan və sistemlərin, o cümlədən mədə-bağırsaq sisteminin vəziyyətinə mənfi təsir göstərir. Ağır dəmir çatışmazlığı anemiyası zamanı ağız boşluğunun, udlağın və qida borusunun selikli qişasında dəyişikliklər müşahidə oluna bilər.
- Fosfor:Fosfor, orqanizmdə enerji istehsal etmək, əzələ və sinir sisteminin fəaiyyətinə dəstək vermək və sümük toxumasının böyümə və inkişafını təmin etmək üçün vacibdir. Fosfatlar, turşu-qələvi balansını qorumaqda mühüm rol oynayır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.