Bu check-up paket niyə əhəmiyyətlidir?
Vitamin və mineralların çatışmazlığı immun sisteminin fəaliyyətinə mənfi təsir göstərir və orqanizmin viruslara və bakteriyalara qarşı müqavimətini azaldır.Ən effektiv infeksiya qorunması vaksinasiya olsa da, hazırda kəskin respirator virus infeksiyalarına səbəb olan 200-dən çox virus var, lakin vaksin çox azı üçün vardır. Bu səbəbdən də orqanizmin öz müdafiə sisteminə – yəni immunitetə böyük ümid bəslənir.İmmunitetin normal işləməsi üçün lazım olan vitamin və mineralların böyük hissəsini biz yalnız qidalanma yolu ilə qəbul edirik.Bəzi vitaminlər isə orqanizmdə sintez olunur:
- Vitamin D – günəş şüaları təsirində dəridə,
- Vitamin K və B3 – bağırsaq mikroflorası tərəfindən sintez edilir.
Ancaq bu gün bir çox insan düzgün qidalanmır, az hərəkət edir və açıq havada kifayət qədər vaxt keçirmir. Bu səbəbdən vitamin çatışmazlıqları geniş yayılmışdır.
Kompleks analizlər immun sistemin fəaliyyətinə təsir edən əsas çatışmazlıqları müəyyən etməyə kömək edir.
Check-up paket tərkibində yoxlanılanlar
- Sink,Zn
- Selen,Se
- Xrom,Cr
- Maqnezium,Mg
- 25-OH Vitamin D
- Sink- interferonların(bədənin müdafiə reaksiyasında iştirak edən hüceyrələr) sintezində iştirak edir, həmçinin timus vəzinin funksiyasını yaxşılaşdırır. Timus isə viruslarla mübarizə aparan və immun yaddaş yaradan T-limfositlərin istehsalından cavabdehdir.
- Selen- immun sistem üçün stimullaşdırıcı təsirə malikdir:
– Sitotoksik T-limfositlərin çoxalmasını artırır,
– Yaşla əlaqəli immun zəifləmənin qarşısını ala bilər.
Selen, xüsusilə virus infeksiyalarına və xərçəngə qarşı immun müdafiədə böyük əhəmiyyət daşıyır. - Xrom – bəzi immun-fermentləri və immunoqlobulinləri aktivləşdirir. Bu səbəbdən xrom çatışmazlığı immun zəifliyə yol aça bilər.
- Maqnezium – immun sistemin infeksion patogenlərlə mübarizə qabiliyyətini göstərən vacib markerlərdən biridir.
T-limfositlərin normal işləməsi üçün kifayət qədər maqnezium tələb olunur. Onun çatışmazlığı immun cavabın zəifləməsinə səbəb ola bilər. - Vitamin D – immun sistemin aktivləşməsində əsas rol oynayır, həmçinin autoimmun xəstəliklərin və xroniki iltihabların riskini azaldır.
D vitamininin çatışmazlığında T-hüceyrələr tam aktivləşmir, nəticədə patogenlər vaxtında tanına bilmir və infeksiyalar inkişaf edə bilər.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.