Bu check-up paketi niyə əhəmiyyətlidir?
Kişi reproduktiv sistemi orqanlarının sağlamlığı bir neçə amildən - həyat tərzindən, pis vərdişlərin olmasından, qidalanma keyfiyyətindən, stressdən və fiziki fəaliyyət səviyyəsindən asılıdır. Bununla belə vitamin və mineralların çatışmazlığının reproduktiv sağlamlığa mənfi təsiri qaçınılmazdır. Onların uzunmüddətli çatışmazlığı ilə cinsi istək azalır və sonsuzluq riski artır. Hərtərəfli araşdırma əsas çatışmazlıqları qiymətləndirməyə kömək edir.
Check-up paketin tərkibində yoxlanılanlar
- Sink,Zn
- Selen,Se
- Koenzim Q10
- Vitamin A
- Vitamin E
- Vitamin B9
- 25-OH Vitamin D
- Fol turşusu (B9) yumurtahüceyrənin döllənməsi üçün normal hərəkətli spermatozoidlərin istehsalında vacibdir. Vitamin B9 bədənin bütün yeni yaranan hüceyrələrinin vəziyyətinə cavabdehdir.
- E vitamini antioksidant rolunu oynayır, cinsi hüceyrələrin zədələnməsinin qarşısını alır. Onun sayəsində spermatozoidlərin ətraf mühitin mənfi amillərinə həssaslığı azalır. E vitamininin digər tərəfdən Tokoferol adlanır ki, yunan dilindən "tocos" – döl, “phero- daşımaq mənasına gəlir. E vitamini immuniteti yaxşılaşdırır, qan damarlarını gücləndirir, trombozun qarşısını alır, bəzi endokrin vəzilərin, o cümlədən hipofiz vəzinin fəaliyyətini yaxşılaşdırır, yumurta hüceyrənin döllənməsi üçün ən vacib amil olan sperma hərəkətliliyini artırır.
- Selen kişilərin cinsi fəaliyyətini dəstəkləyir, ereksiyanı(cinsi orqanın sərtləşməsi) qoruyur, cinsi pozğunluqları aradan qaldırır, cinsi istəyi normallaşdırır, maddələr mübadiləsində iştirak edir.
- Sink də eyni zamanda selen kimi bu təsirləri göstərir. Skelet əzələlərini nəzərə almasaq , bədəndə sinkin ən yüksək konsentrasiyası spermatozoidlərdə qeyd olunur. Buna görə də sink çatışmazlığı ilə spermatogenez pozulur.
- Koenzim Q10 çatışmazlığının korreksiyası spermatozoidlərin konsentrasiyasının artmasına, həmçinin onların daha aktiv hərəkətliliyinə səbəb olur. Koenzim həmçinin oksigen və qida maddələrinin müxtəlif toxumalara, o cümlədən reproduktiv sistem orqanlarına çatdırılmasını yaxşılaşdırır ki, bu da cinsi sağlamlıq üçün müsbət təsir göstərir.
- D vitamini çatışmazlığı sonsuzluğa səbəb ola bilər və yüksək D vitamini səviyyələri daha çox sperma hərəkətliliyi ilə əlaqələndirilir. Həmçinin, normal miqdarı testosteron səviyyəsinin normallaşdırılmasında mühüm rol oynayır.
- A vitamini kişilər üçün cinsi sağlamlıqda çox lazımdır, çünki spermatozoidlərin genetik materialını (DNT) məhv edən, onların strukturunu pozan və hərəkətliliyi azaldan sərbəst radikalları məhv edir. Bütün bunlar reproduktiv sağlamlığa mənfi təsir göstərir ki, spermatozoidlərin dölləndirmə qabiliyyəti azalır. Bundan əlavə, A vitamini immuniteti dəstəkləyir, infeksiya riskini azaldır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.