Vitamin Check-up Paketləri

Bu check-up paket niyə əhəmiyyətlidir?

Kompleks onkoloji xəstələrdə əsasən çatışmayan vitamin və mineralları müəyyən etməyə imkan verir.

Check-up paket tərkibində yoxlanılanlar

  • Vitamin B1
  • Sink,Zn
  • Vitamin B6
  • Vitamin B12
  • Dəmir,Fe
  • Vitamin B2
  • Vitamin B9
  • Selen,Se

     

  • B qrup vitaminlər:Demək olar ki, bütün B qrup  vitaminləri şiş əleyhinə təsir göstərir. Məsələn, orqanizmdə lazımi miqdarda B12 vitamini uşaqlıq boynunun xərçəngindən qoruyur. Bu vitamin  çatışmazlığında  döş xərçəngi riski artır. Xüsusilə postmenopauzal dövrdə olan qadınlarda.Bundan əlavə, B6 vitamininin kifayət qədər qəbulu xərçəng riskini azaldır. 19 növ müxtəlif  şiş daxil edildiyi  121 klinik tədqiqat sistematik nəzərdən keçirilib və əlaqələndirilib ki, vitamin B6 qəbulu statistik olaraq bütün növ onkoloji xəstəliklərdə riski azaldır. Həmçinin, B2 vitamini əksikliyi döş və bağırsaq xərçəngi riskini artırır.Hüceyrə artımınıvə xərçəng hüceyrılırinin metabolizmini aktivləşdirə bildiyi üçün B1 və B9  vitaminləri onkoloji xəstəliklər zamanı ehtiyatla qəbul edilir.
  • Selen:1960-cı illərin sonundan bəri bir neçə müşahidə tədqiqatı, pəhrizində və ya bədən toxumalarında yüksək səviyyədə selen olan insanların xərçəngə tutulma riskinin daha az olduğunu və xərçəng hüceyrələrinin böyüməsinə maneə törədə biləcəyini göstərdi.
  • Dəmir:Dəmir defisitli anemiya bədxassəli şişləri olan xəstələrin 1/3-dən çoxunda, artıq  kimyaterapiya alan xəstələrdə isə 90%-ə qədərində müşahidə edilir. Anemiya zamanı  şiş toxumasında oksigen azlığı  kimyaterapiya və radioterapiya müalicələrinə müqavimət  yaradır və şişin böyümə prosesini idarə etməyi çətinləşdirən yeni qan damarlarının yaranmasına və genetik mutasiyaların baş vermə ehtimalının artmasına səbəb olur.
  • Sink:Əzələlərdə sinkin çox olması xərçəngdə kaxeksiyanın( həddən artıq arıqlama) inkişafına səbəb olur. Xərçəngdən ölüm halları arasında təxminən hər üçündə biri, özlüyündə xərçəngdən deyil, kaxeksiya və ya əzələ tükənməsi sindromundan irəliləyir ki, bu da xərçəngin son mərhələlərində olan xəstələrin təxminən 80%-ini təsir edir.


 Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
 (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi