Vitamin Check-up Paketləri

Bu check-up paket niyə əhəmiyyətlidir?

Qan yaradıcı sistemdə baş verən müxtəlif patoloji proseslər zamanı maddələr mübadiləsində pozğunluqlar yaranır ki, bu da özünü müxtəlif vitamin və mineral çatışmazlığı şəklində göstərə bilər. Əks əlaqə də mövcuddur: qida maddələrinin (nutrientlərin) balanssızlığı bu sistemin fəaliyyətində pozğunluqlara səbəb ola bilər. Kompleks analizlər qan yaradıcı sistemin fəaliyyətində pozulmalar zamanı ən çox rast gəlinən çatışmazlıqları üzə çıxarmağa imkan verir.

Check-up paket tərkibində yoxlanılanlar

  • Sink,Zn
  • Yod,I idrar
  • Vitamin A
  • Vitamin B12
  • Dəmir,Fe
  • Maqnezium,Mg
  • Vitamin B9
  • 25-OH Vitamin D
  • Kalsium,Ca
  • Fosfor,P
  • Vitamin E

  • Dəmir, B9 (fol turşusu) və B12: Klinik baxımdan ən əhəmiyyətli hallar arasında dəmir, B9 (fol turşusu) və B12 vitaminlərinin çatışmazlığına bağlı anemiyalar yer alır. Bu anemiyalar fərqli səbəblərlə yaranmalarına baxmayaraq, əlamətləri çox oxşardır – yorğunluq, təngnəfəslik, ürək döyüntülərinin artması. Bu səbəbdən anemiyaların və digər hematopoez pozğunluqlarının diaqnozu kompleks yanaşma tələb edir. Bu məqsədlə vitamin və mikroelementlərin daxil olduğu geniş analiz paketləri çox informativ olur, çünki onların mübadiləsinin pozulması xəstəliklərin əsas səbəblərindən biri ola bilər.
  • Sink orqanizmdə maddələr mübadiləsində mühüm rol oynayır. Uzunmüddətli çatışmazlığı bir çox xəstəliklərin inkişafına səbəb ola bilər:menstruasiya pozğunluqları,sonsuzluq,cinsi aktivliyin azalması, immunitetin zəifləməsi,dəri xəstəlikləri, anemiyanın inkişafı, bədxassəli şişlərin artması, saç və dırnaq böyüməsində pozğunluq.
  • Vitamin E böyüklərdə əsasən yağ toxumasında ehtiyat şəklində saxlanılır. Bu vitaminin çatışmazlığı eritrositlərin parçalanması ilə gedən xüsusi bir anemiya növünə – hemolitik anemiyaya səbəb ola bilər.
  • Yod Tiroid hormonlarının sintezi üçün əsas elementdir. Bu hormonlar sümük iliyində qan hüceyrələrinin yaranmasını (eritropoezi) stimullaşdırır. Yod çatışmazlığı → hipotiroidizm → orqanizmin metabolizması yavaşlayır → qan hüceyrələrinin istehsalı zəifləyir → normositik və ya makrositik anemiya yaranır.
    Yəni yod çatışmazlığı tiroid hormonları vasitəsilə anemiyaya səbəb ola bilər.
  • Vitamin A Sümük iliyində hüceyrələrin diferensasiyasını və böyüməsini tənzimləyir. Retinol həm də dəmirin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Çatışmazlıq zamanı dəmir orqanizmdənormal miqdarda olsa belə , effektiv istifadə olunmur və anemiya inkişaf edə bilər.
  • Maqnezium Hüceyrə bölünməsi və enerji istehsalı proseslərində mühüm rol oynayır. Sümük iliyində bu proseslər zəiflədikdə, eritrositlərin və digər qan hüceyrələrinin sintezi pozula bilər. Uzunmüddətli maqnezium çatışmazlığı hematopoezin zəifləməsinə və dolayı yolla anemiyaya səbəb ola bilər.
  • Vitamin D Əsas rolu kalsium və fosfor mübadiləsində olsa da, son tədqiqatlar göstərir ki, vitamin D sümük iliyindəki hüceyrələrin fəaliyyətinə və immun sistemin qan hüceyrələri ilə bağlı funksiyalarına təsir edir. Xüsusilə xroniki xəstəlik anemiyalarında vitamin D-nin aşağı olması müşahidə olunur.
  • Fosfor Hüceyrələrin enerji daşıyıcısı olan ATF, həmçinin DNT və hüceyrə membranlarının əsas hissəsidir. Sümük iliyində hüceyrələr daim bölünür və çoxalır – bu proseslər üçün fosfora ehtiyac var. Əskikliyi hüceyrə funksiyasını zəiflədir, nəticədə qan hüceyrələrinin sintezi azalır.
  • Kalsium Təkcə sümüklər üçün yox, həm də hüceyrələr arasında siqnal ötürülməsi, əzələ-sinir keçiriciliyi və qan laxtalanması üçün vacibdir. Kalsium sümük iliyində hüceyrələr arası əlaqənin qurulmasında iştirak edir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi