Vitamin Check-up Paketləri

Bu check-up niyə əhəmiyyətlidir?

  • Görmə orqanlarının xəstəlikləri çox zaman vitamin və mikroelement çatışmazlığı ilə müşayiət olunur. Bu kompleks analizlər, ən çox rast gəlinən çatışmazlıqları müəyyən etməyə kömək edir.

Check-up paketdə yoxanılanlar:

  • Vitamin A
  • Vitamin E
  • Sink,Zn
  • Selen,Se


Vitamin A
Görmə sistemi üçün ən vacib vitaminlərdən biri hesab olunur.

  • A vitamini gözün buynuz qişasını möhkəmləndirir,görmə itiliyini artırır.
    Əgər orqanizmdə bu vitamin çatışmırsa, rodopsin adlı görmə piqmentinin sintezi pozulur.Nəticədə gecə korluğu yaranır- yəni insan qaranlıqda və ya zəif işıqda əşyaları aydın görə bilmir.

 Vitamin E

  • Bu vitamin göz damarlarının keçiriciliyini yaxşılaşdırır, bu da göz toxumalarının faydalı maddələrlə daha sürətli qidalanmasına şərait yaradır.E vitamini, C vitamini ilə birlikdə oksidativ stressə qarşı qoruyucu rol oynayır və yaşa bağlı katarakta(mirvari suyunun yığlması) riskini azaldır.

Sink (Zn)

  • Sink retinada yüksək konsentrasiyada olur. Görmə funksiyasını dəstəkləyən fotoreseptor hüceyrələrin uzunömürlülüyünü təmin edir. Eyni zamanda A vitamininin fermentativ aktivliyini artırır. Oksidativ stressdən müdafiə edərək yaşla bağlı makula degenerasiyası riskini əhəmiyyətli dərəcədə azaldır.

Selen  (Se)

  • Selen antioksidant təsiri ilə zərərli sərbəst radikalların təsirindən göz toxumalarını qoruyur. Aşağı selen səviyyələri diabetik retinopatiya, kataraktaglaukoma ilə əlaqələndirilmişdir.

     

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi