Vitamin Check-up Paketləri

Bu check-up paket niyə əhəmiyyətlidir?

Bu paket vasitəsi ilə , ətarflı araşdırma ilə vitamin və mineral çatışmazlığını izləməklə, vitamin və qida  əlavələrin qəbulu barədə qərar verə, istifadəsinin effektivliyini qiymətləndirə bilərsiniz.

Check-up paket tərkibində yoxlanılanlar:

  • Sink,Zn
  • Yod,I idrar
  • Vitamin A
  • Vitamin B12
  • Dəmir,Fe
  • Maqnezium,Mg
  • Vitamin B9
  • 25-OH Vitamin D
  • Kalsium,Ca
  • Fosfor,P
  • Vitamin B1
  • Vitamin B2
  • Vitamin B6
  • Vitamin E

     

  • Vitamin B12 - orqanizmdə müxtəlif proseslərdə mühüm rol oynayır. DNT sintezi və enerji istehsalı üçün lazımdır, qırmızı qan hüceyrələrinin (eritrositlər) meydana gəlməsinə kömək edir, sinir sistemini və metabolik funksiyaları dəstəkləyir.
  • Vitamin D - onun əsas funksiyası kalsium və fosfor mübadiləsini tənzimləməkdir. Sümük toxumasının minerallaşma prosesini, sinir-əzələ əlaqəsini və metabolik reaksiyaları tənzimləyir. Süd vəzi və bağırsaq xərçənginin inkişafını ləngitməsi sübut edilmişdir.
  • Fol turşusu - normal qan yaranması üçün lazım, suda həll olunan B qrupu vitamindir. Vitamin B9 DNT və RNT, zülallar, bəzi amin turşularının sintezində iştirak edir. Sinir sistemi üçün vacib  xolin mübadiləsində rol oynayır.
  • Sink -  böyümə, inkişaf və bədən funksiyalarının düzgün işləməsi üçün lazım olan vacib bir mineraldır.
  • Maqnezium - sinir və əzələ sisteminin normal fəaliyyəti üçün lazım olan vacib bioloji aktiv elementdir.
  • Kalsium – Bu mineral, sümük toxumasının mühüm komponentidir. Orqanizmdə əsas struktur, metabolik və tənzimləyici funksiyaları yerinə yetirir.
  • Dəmir-  Hemoglobinin strukturunda olan mineraldır və oksigenin toxumalara daşınmasında və saxlanmasında, həmçinin toxumaların tənəffüs proseslərində iştirak edir.
  • Fosfor - sümük toxumasının əsas mineral komponentlərindən biri, mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün lazımdır.
  • Yod - qalxanabənzər vəzinin fəaliyyətində iştirak edir, tiroid hormonlarının ifrazını təmin edir. Hüceyrələrin böyüməsi ,mitoxondrial tənəffüsün tənzimlənməsi, natrium və hormonların membran üzərindən nəqli üçün lazımdır.
  • Vitamin A - immunitet sisteminin, görmə və reproduktiv funksiyaların normal saxlanmasına kömək edir, hüceyrələrarası əlaqə funksiyasını dəstəkləyir.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi