Dəmir Mübadiləsi Check-up Paketi - dəmir çatışmazlığı, dəmirin bədəndə düzgün paylanmaması və ya dəmirin artıq yığılması kimi vəziyyətlərin erkən və dəqiq aşkarlanması üçün hazırlanmış son dərəcə vacib bir analiz paketidir.
Bu Paket Kimlər Üçün Uyğundur?
▪️Qan azlığı (anemiya) şübhəsi olanlar;
▪️Dəri solğunluğu, dırnaq və saç tökülmələri olanlar;
▪️Az qidalanan və ya vegetarian/vegan şəxslər;
▪️İltihabi və ya xroniki xəstəlik fonunda dəmir səviyyəsini izləmək istəyənlər
▪️Dəmir əlavəsi alanlarda müalicənin effektini izləmək üçün.
Check-up paketə daxil olan müayinələr:
- Qanın Ümumi Analizi (QÜA): Hemoglobin (Hb), Hematokrit (Hct), Eritrosit sayı və digər göstəricilər dəmir çatışmazlığı və anemiya haqqında ilkin məlumat verir. Anemiya varsa, növünün müəyyən edilməsi üçün digər dəmir göstəriciləri ilə birlikdə şərh olunur.
- Dəmir (Fe): Qanda sərbəst dövr edən dəmirin miqdarını göstərir.
- Ferritin: Dəmirin orqanizmdə anbarı funksiyasını daşıyır.
- TIBC (Ümumi Dəmir Bağlama Qabiliyyəti): Transferrin zülalının bədəndə nə qədər dəmir daşıya biləcəyini göstərir.
- UIBC (Doymamış dəmir bağlama qabiliyyəti): Transferrinin dəmirə bağlanmamış hissəsinin miqdarıdır. Dəmirin çatışmadığı hallarda UIBC artır.
- Transferrin: Dəmirin qanda daşınmasını təmin edən əsas zülaldır.Dəmir çatışmazlığında artır, çünki orqanizm daha çox dəmir daşımaq istəyir.
- Transferrin Doyma Əmsalı (%): Transferrinə bağlanmış dəmirin faizini göstərir. Aşağıdırsa – dəmir çatışmazlığı yaranır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.