Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Sümük və Oynaq Sistemi Sağlamlığı üçün Check-up Paketi — həm sümük metabolizmasını, həm də oynaq toxumasını təsir edən ilkin və xroniki pozuntuların erkən diaqnostikası üçün olduqca geniş əhatəli bir yanaşmadır.
Bu paket, revmatoid xəstəliklər, osteoporoz, vitamin-mineral çatışmazlığı, iltihabi oynaq ağrıları, oynaq deformasiyaları və sümük əriməsi kimi vəziyyətlərin həm səbəbini anlamaq, həm də riskləri öncədən dəyərləndirmək üçün istifadə olunur.
Sümük və oynaq sistemi yalnız mexaniki dəstək funksiyasını yerinə yetirmir. Onların sağlamlığı:
▪️Vitamin və mineral balansından;
▪️İmmunitet sisteminin tənzimlənməsindən;
▪️Hormon səviyyələrindən;
▪️Autoimmun proseslərdən bilavasitə təsirlənir;

Bu səbəbdən, yalnız ağrı olduqda deyil, profilaktik məqsədlə də bu analizlər aparılmalıdır.

Check-up paketə daxil olan müayinələr:

  • Parathormon (intact PTH): Kalsium-fosfor mübadiləsinin əsas tənzimləyicisidir. Yüksək olması sümükdən kalsium itkisinin artdığını göstərə bilər.
  • Kalsium (Ca): Sümük sərtliyini təmin edən əsas mineraldır. Sümük sağlamlığının qorunmasında vacib rol oynayır.
  • Fosfor (P): Sümük toxumasının mineral strukturunun formalaşması üçün vacibdir.
  • Qələvi Fosfataza (ALP): Sümük formalaşmasında iştirak edən mühüm fermentdir.
  • Sink (Zn): Sümük metabolizmasında və kollagen sintezində rol oynayan mikroelementdir.
  • 25-OH Vitamin D: Kalsiumun sorulması və sümük minerallaşması üçün vacib vitamindir.
  • Vitamin B12: Sinir sistemi və əzələ-koordinasiya funksiyalarının qorunmasında mühüm rol oynayır.
  • Maqnezium (Mg): Kalsiumun hüceyrələrə daşınmasında iştirak edir və sümük sıxlığının qorunmasına kömək edir.
  • Mis (Cu): Sinklə birlikdə sümük metabolizmasında və birləşdirici toxuma sağlamlığında iştirak edir.
  • Sidik turşusu (URIC): Podaqra (gut) üçün əsas göstəricidir. Yüksək olduqda oynaqlarda ağrı, şişkinlik və iltihaba səbəb ola bilər.
  • Revmatoid Faktor (RF): Revmatoid artrit və digər revmatik xəstəliklərin göstəricisidir. Yüksəkliyi iltihablı oynaq xəstəliklərindən xəbər verə bilər.
  • Anti-CCP: Revmatoid artritin daha erkən və spesifik göstəricisidir. Diaqnostik baxımdan yüksək əhəmiyyətə malikdir.
  • Anti Nuklear Anticisimlər (ANA): Lupus, skleroderma kimi autoimmun xəstəliklərin göstəricisidir. ANA müsbət olduqda immun sistemin orqanizmin öz toxumalarına qarşı reaksiya verdiyi düşünülür.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi