Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Qan laxtalanması (hemostaz): Bədənin qan itkisinin qarşısını almaq üçün inkişaf etdirdiyi həyati əhəmiyyətli bir müdafiə mexanizmidir. Bu sistemin düzgün işləməsi qanaxmanın qarşısını alır, lakin sistemin pozulması həm həddindən artıq qanaxma, həm də tromboz (qan laxtasının damarları tıxaması) kimi ciddi tibbi problemlərə səbəb ola bilər.

Check-up paketə daxil olan müayinələr:

  • Protrombin Müddəti (Pt): Qanaxma riskini qiymətləndirmək üçün.Əgər PT uzanmışdırsa, deməli qanın laxtalanması müddəti uzanır.
  • APTT: Hemofiliya, heparin terapiyası, və ya laxtalanma faktorları çatışmazlığında uzanır.
  • Fibrinogen: Qaraciyərdə sintez olunan əsas laxtalanma faktorudur.Çox yüksəkdirsə – tromboz riski, çox aşağıdırsa – qanaxmaya meyillilik.
  • Trombin Müddəti (TT): Fibrinogenin fibrinə çevrilməsi mərhələsini ölçür.
  • D-dimer: Qan laxtasının parçalanması nəticəsində yaranan məhsuldur.Tromboz zamanı yüksək olur.
  • Trombositlərin Fonio üsulu ilə sayılması: Mikroskopik üsulla trombositlərin daha dəqiq hesablanmasıdır.
  • Anti-fosfolipid Antikorları (IgG və IgM): Anti-fosfolipid IgG və IgM testləri, gizli tromboz səbəblərini aşkar etmək və həddindən artıq laxtalanma riski olan pasientləri müəyyənləşdirmək üçün çox önəmlidir.
  • Qan ümumi analizi (QÜA): Trombosit sayının ilkin yoxlanması üçün vacibdir. Həmçinin anemiya və ya infeksiyalara bağlı dəyişiklikləri göstərə bilər.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi