Mədə problemləri bəzən ağrı və diskomfort olmadan səssiz şəkildə irəliləyir. Halsızlıq, dəri solğunluğu, diqqət dağınıqlığı, dəmir və B12 çatışmazlığı kimi simptomlar bir çox hallarda mədə mənşəlidir, lakin fərqinə varılmır.
Bu check-up paketi sadə qan analizləri ilə:
▪️Mədədə xroniki infeksiya olub-olmadığını;
▪️Autoimmun qastrit riskini;
▪️Mədənin turşu ifrazı və selikli qişa vəziyyətini;
▪️B12 vitamini çatışmazlığı və sorulma pozğunluğunu qiymətləndirməyə imkan verir.
Check-up paketə daxil olan müayinələr:
- Vitamin B12: Mədənin sorulma funksiyasına bağlı olan vacib vitamindir.
- Anti-parietal cell IgG: Mədənin turşu ifraz edən hüceyrələrinə qarşı antikorlardır. Autoimmun qastrit riski üçün göstəricidir.
- İntrinsik factor IgG(Kaslın daxili faktor): B12-nin sorulmasına kömək edən "intrinsic factor" zülalına qarşı antikorlardır.Bu antikor varsa, B12-nin sorulması pozulur və anemiya inkişaf edə bilər.
- Pepsinogen I və II: Mədənin selikli qişasının sağlamlığını qiymətləndirir.
- Atrofik qastrit və mədə xərçəngi riski haqqında vacib məlumat verir.
- Qan Ümumi Analizi (QÜA): Anemiya, xroniki iltihabi hallar və ümumi sağlamlıq göstəricilərini müəyyən edir.
- Helicobacter pylori IgM: Mədədə yeni və aktiv H. pylori infeksiyasını göstərir. Kəskin infeksiyaya işarədir.
- Helicobacter pylori IgG: Xroniki və ya keçmiş H. pylori infeksiyasını aşkar edir.Uzunmüddətli infeksiya xora riski yarada bilər.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.