Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Bu check-up paketi qadınlarda yumurtalıqların fəaliyyəti, menstrual dövrün tənzimlənməsi,hormonal tarazlığın pozulma səbəblərinin araşdırılması üçün nəzərdə tutulmuşdur.Xüsusilə menstruasiya gecikməsi, sonsuzluq, erkən menopauza, polikistik yumurtalıq sindromu (PCOS) və hormonal pozğunluqların araşdırılmasında vacib rol oynayır.

Check-up paketə daxil olan müayinələr:

  • Prolaktin (Prl): Süd vəzilərinin fəaliyyətinə təsir edən, eyni zamanda menstruasiyaya da təsir göstərən hormondur. Yüksəkliyi menstrual pozğunluq, sonsuzluq və süd ifrazı ilə əlaqələndirilə bilər.
  • Estradiol (E2): Ən aktiv estrogen növüdür, yumurtalıqlar tərəfindən ifraz olunur. Endometriumun qalınlaşması, menstruasiya və ikincili cinsi əlamətlərin tənzimlənməsində iştirak edir.
  • Follikul Stimullaşdırıcı Hormon (FSH): Yumurtalıqlarda follikulların inkişafını stimullaşdırır. FSH səviyyəsi yumurtalıq ehtiyatının qiymətləndirilməsi və menopauza diaqnozu üçün mühüm göstəricidir.
  • Lüteinləşdirici Hormon (LH): Menstrual dövrün ortasında pik səviyyəyə çatır. LH-nin yüksəkliyi PCOS, yumurtlama disfunksiyası və erkən menopauza kimi vəziyyətlərlə əlaqəli ola bilər.
  • Testosteron: Qadınlarda az miqdarda ifraz olunur və cinsi istək, əzələ gücü ilə əlaqəlidir. Yüksək səviyyəsi hirsutizm (üz və bədəndə tüklənmə), sızanaq, səs qalınlaşması və PCOS kimi pozğunluqlara səbəb ola bilər.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi