Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Bu check-up paketi qaraciyərin struktur və funksional vəziyyətini, həmçinin infeksion hepatitlərin (B və C) varlığını qiymətləndirmək məqsədi daşıyır.

Check-up paketə daxil olan müayinələr:
 

  • ALT (Alanin aminotransferaza): Qaraciyər hüceyrəsi zədələndikdə qana keçir.Qaraciyər zədəsinin və iltihabının birbaşa göstəricisidir.
  • AST (Aspartat aminotransferaza): Qaraciyər və ürək daxil olmaqla müxtəlif orqanlarda yerləşir. ALT ilə birlikdə zədənin mənbəyi və dərəcəsini müəyyənləşdirmək üçün istifadə olunur.
  • QQT : QQT səviyyəsi alkoqol istifadəsi, dərman toksikliyi, qaraciyər piylənməsi, hepatit və öd yollarının tıxanması zamanı artar.
  • ALP (Alkalin fosfataza): Səviyyəsinin yüksəlməsi xüsusilə öd yollarının tutulması, durğunluğu (xolestaz), öd daşı və ya hepatit kimi hallarda müşahidə olunur.
  • Albumin: Albumin səviyyəsinin aşağı düşməsi qaraciyər sintez funksiyasının zəiflədiyini, xroniki qaraciyər xəstəliklərini və ya zülal itkisi ilə gedən böyrək və ya bağırsaq problemlərini göstərə bilər.
  • Ümumi, düz və qeyri-düz bilirubin: Bilirubin səviyyələrinin ölçülməsi, qaraciyər hüceyrələrinin sağlamlığını,sarılıq, öd yollarının vəziyyətini və hemolitik proseslərin varlığını qiymətləndirməyə kömək edir.
  • Anti-HCV (Hepatit C əleyhinə antikorlar): Hepatit C virusuna qarşı yaranan antikorlardır.Qaraciyərin xroniki virus infeksiyalara məruz qalmasını göstərir.
  • HBsAg (Hepatit B səthi antigeni): Aktiv hepatit B infeksiyasını təyin etmək üçün istifadə olunur.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi