Şəkər riski və nəzarətinə yönəlik check-up paketqanda çəkər səviyyəsinin təyini, şəkərli diabet öncəsi vəziyyətin dəyərləndirilməsi və şəkərli diabetin erkən aşkarlanması, gedişatın izlənməsi və uyğun müalicənin başlanması üçün olduqca əhəmiyyətlidir.
Check-up paketə daxil olan müayinələr:
- Qlükoza (aclıq) : Qan şəkərinin həmin andakı vəziyyətini göstərir.Yüksək səviyyə – diabet və ya prediabet göstəricisi ola bilər.
- HbA1c (Qlikohemoqlobin): Son 2-3 ay ərzində qan şəkərinin ortalama dərəcəsini göstərir.
- İnsulin: Qandakı insulin miqdarını müəyyən edir.Aşağı səviyyə – Tip 1, yüksək səviyyə – insulin rezistentliyi və Tip 2 diabet riski ilə əlaqəli ola bilər.
- İnsulin Rezistentliyi (HOMA-IR): Qlükoza və insulin dəyərlərinə əsasən bədənin insulinə qarşı müqavimətini göstərir.
- Anti-insulin IgG: Bədənin öz insulinini "düşmən" kimi tanıyıb ona qarşı antikor istehsal edib-etmədiyini yoxlayır.Daha çox Tip 1 diabet üçün risk göstəricisidir.
- C-peptid: Pankreasın(mədəaltı vəzi) öz insulin istehsalını ölçür.
Qeyd: Qiymət haqqında məlumat üçün (+994) 55 400 0910 Whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.