Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Tiroid vəzisi bədənimizin maddələr mübadiləsini, enerji səviyyəsini, əhval-ruhiyyəni və ürək ritmini tənzimləyən hormonlar istehsal edir. Bu panel, tiroidin düzgün işləyib-işləmədiyini, hormon səviyyələrini və autoimmun xəstəliklərin olub olmadığını qiymətləndirmək üçün aparılır.

Bu panel kimlər üçün uyğundur?
▪️ Yuxusuzluq, halsızlıq, çəki artımı və ya çəki itkisi yaşayanlar:
▪️ Dəridə quruluq, saç tökülməsi, dırnaq zəifliyi olanlar:
▪️ Tez-tez əhval dəyişiklikləri, əsəbilik və ya depressiya hiss edənlər;
▪️ Autoimmun xəstəliklərdən şübhələnilən şəxslər;
▪️ Tiroid düyünləri və ya tiroid əməliyyatı keçirmiş şəxslər.

Check-up paketə daxil olan müayinələr:

  • TSH: Tiroid vəzisini stimullaşdıran hormondur.
  • Sərbəst T3: Tiroid hormonlarının aktiv formasıdır. Maddələr mübadiləsini tənzimləyir. Səviyyəsi tiroidin həddindən artıq və ya zəif işləməsini əks etdirə bilər.
  • Sərbəst T4: TSH ilə birlikdə tiroidin fəaliyyətini daha dəqiq qiymətləndirməyə kömək edir.
  • Anti-TG (Antitireoqlobulin anticisimləri) : Bədənin öz tiroid vəzisinə qarşı inkişaf etdirdiyi anticisimlərdir. Autoimmun tiroid xəstəliklərinin (xüsusilə Haşimato) göstəricisidir.
  • Anti-TPO (Antitireoid peroksidaza anticisimləri):  Bədənin immun sistemi tərəfindən tiroid hüceyrələrinə qarşı istehsal olunan zülallardır. Bu göstəricinin yüksək olması, orqanizmin tiroid vəzisini "yad" kimi tanıyaraq ona hücum etdiyini, yəni autoimmun thyroid xəstəliyinin (xüsusilə Haşimato və ya Bazedov) ola biləcəyini göstərir.
  • Tiroid reseptor anticisimləri (TRAb): Bu anticisimlər tiroidi həddindən artıq işləməyə məcbur edə bilər. Əsasən Basedow-Graves xəstəliyinin aşkarlanmasında istifadə olunur.
  • Tireoqlobulin (TG): Bu anticisimlər tiroid vəzisinə təsir edərək onun normadan artıq hormon ifraz etməsinə səbəb ola bilər.
  • Kalsitonin:  Tiroidin  hüceyrələrindən ifraz olunur. Əsasən medulyar tiroid xərçəngi ilə əlaqəli müayinələrdə istifadə edilir.

    Qeyd: Qiymət haqqında məlumat üçün (+994) 55 400 0910 Whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi