Yaddaş Paneli Niyə Vacibdir?
“Adları unudursan? Qapını niyə açdığını xatırlamırsan? Bir cümləni deyən kimi o biri yaddan çıxır?”
Bəzən yorğunluq halı və stress ilə qarışdırılan yaddaş zəifliyi təkcə yaşla bağlı deyil vitamin və mineral çatışmazlığı da bu problemin səbəbi ola bilər.Panelə daxil olan analizlər beyin funksiyasını dəstəkləyərək yaddaş, diqqət dağınıqlığı haqqında məlumat verir.
Check-up paketə daxil olan müayinələr:
- Vitamin B1 (Tiamin) – Neyronların enerji təminatında rol oynayır. Əskikliyi yaddaş pozğunluqlarına yol aça bilər.
- Vitamin B6 – Serotonin və dopamin istehsalında iştirak edir. Çatışmazlığı psixoloji və koqnitiv çətinliklərlə nəticələnə bilər.
- Vitamin B9 (Fol turşusu) – Sinir hüceyrələri arasında ünsiyyətin qurulması üçün vacibdir.Əskikliyi zehni funksiyaları zəiflədir.
- Vitamin B12 – Sinir örtüyünü qoruyur. B12 əskikliyi unutqanlıq, diqqət dağınıqlığı və sinir pozğunluqlarına səbəb ola bilər.
- 25-OH D2 və 25-OH D3 (D vitamini formaları) – Sinir sisteminə dəstəkləyici təsiri var. D vitamini çatışmazlığı depressiya və unutqanlıqla əlaqələndirilir.
- Sink(Zn) – Sinir hüceyrələrinin inkişafı və neyroplastiklik üçün vacibdir. Əskikliyi mental zəiflik və diqqət pozğunluğu ilə əlaqələndirilir.
- Maqnezium(Mg) – Neyronlar arasında siqnal ötürülməsində iştirak edir. Maqnezium əskikliyi stresə həssaslıq və zəif yaddaşla bağlıdır.
- Dəmir (Fe) – Beyin hüceyrələrinin enerji metabolizmasında rol oynayır. Yetərsizliyi konsentrasiyanı və mental performansı azaldır.
- Ferritin – Dəmir ehtiyatını göstərir. Aşağı səviyyəsində beyinə oksigen çatdırılması zəifləyir, bu da diqqət və yaddaş funksiyasını pozur.
- TSH – Qalxanabənzər vəzi hormonları beyində informasiya ötürülməsini tənzimləyir, yaddaş və əhvalda dəyişiklik yaradır.
Qeyd: Qiymət haqqında məlumat üçün (+994) 55 400 0910 Whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.