Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

B qrup vitaminləri orqanizmin enerji istehsalı, sinir sistemi fəaliyyəti, qan hüceyrələrinin sintezi və genetik materialın qorunması kimi əsas həyati funksiyalarında mühüm rol oynayır. Bu vitaminlərin çatışmazlığı, bir çox hallarda yorğunluq, yaddaş zəifliyi, sinir pozğunluqları, dəri problemləri və anemiya ilə nəticələnə bilər.
Xüsusilə vegetarian/vegan qidalananlarda, bağırsaq sorulma pozğunluğu olanlarda, xroniki stress, hamiləlik və yaşlılarda bu vitaminlərin səviyyəsi risk altındadır.

Check-up paketə daxil olan müayinələr:

  • Vitamin B1(Tiamin): Enerji mübadiləsində və sinir impulslarının ötürülməsində iştirak edir.Çatışmazlıq zamanı: yorğunluq, əsəbilik, konsentrasiya zəifliyi, əzələ zəifliyi baş verir.
  • Vitamin B2 (Riboflavin): Oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir və hüceyrə enerjisini təmin edir. Çatışmazlıq zamanı: dodaq çatlaması, ağız kənarında yara görülə bilər.
  • Vitamin B6 (Piridoksin): Neyrotransmitter sintezi, immun sistem funksiyalarında mühümdür.Çatışmazlıq zamanı: sinir sistemi pozğunluqları, əhval dəyişkənliyi, dəridə qızartı və yanma hissi ola bilər.
  • Vitamin B9 (Fol turşusu): Hüceyrə bölünməsi və DNT sintezi üçün vacibdir. Xüsusilə hamiləlik dövründə sinir borusu qüsurlarının qarşısını almaq üçün əhəmiyyətlidir.Çatışmazlıq: anemiya, yaddaş pozğunluğu, zəiflik.
  • VitaminB12 (Kobalamin): Sinir sistemi, DNT sintezi və qırmızı qan hüceyrələrinin əmələ gəlməsində vacibdir. Çatışmazlıq: xroniki yorğunluq, yaddaş və tarazlıq pozğunluğu, anemiya.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi