Медицинская информация

Боль при артрите может быть более заметна зимой.

Artroz payız və qış aylarında daha ağrılı keçə bilər. Soyuq havalarda əzələlər və damarlar yığılır, bu isə oynaqlara düşən təzyiqi artıraraq ağrının şiddətlənməsinə səbəb olur. Xüsusilə səhər saatlarında oynaq sərtliyi daha aydın hiss edilə bilər.
Vacib məqam:
Qışda uzun müddət evdə qalmaq və hərəkətin azalması vəziyyəti daha da ağırlaşdıra bilər. Hərəkətsizlik əzələlərin zəifləməsinə və oynaqların daha da “sərtləşməsinə” səbəb olur.
Dəstək yanaşmalar:

  • Müntəzəm və yüngül hərəkət
  • Kifayət qədər maye qəbulu
  • Sağlam, iltihabı artırmayan qidalanma

Qışda artroz və soyuq havanın oynaqlara təsiri

Soyuq fəsillərdə oynaq problemləri olan şəxslər ağrıların daha çox hiss edildiyini bildirirlər. Xüsusilə qışda artroz yaşayan insanlarda diz, bel və digər oynaqlarda sərtlik və ağrı artır. Temperaturun düşməsi, hərəkətin azalması və əzələlərin gərginləşməsi bu vəziyyəti daha da gücləndirə bilər.

Artroz nədir və hansı əlamətlərlə özünü göstərir?

Artroz oynaqlarda qığırdaq toxumasının tədricən aşınması ilə xarakterizə olunan xroniki oynaq xəstəliyidir. Xalq arasında tez-tez “oynaq yeyilməsi” kimi tanınır.
Əsas əlamətlər:

  • Hərəkət zamanı oynaq ağrısı
  • Səhərlər və ya istirahətdən sonra sərtlik
  • Diz və digər oynaqlarda səs (xırtıltı)
  • Hərəkət məhdudiyyəti

Bu əlamətlər zamanla gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Qışda artroz niyə kəskinləşir?

Qışda artroz şikayətlərinin artmasının əsas səbəbləri bunlardır:

  • Soyuq havanın qan dövranını zəiflətməsi
  • Əzələlərin gərginləşməsi
  • Fiziki aktivliyin azalması
  • Oynaqlarda maye dövranının zəifləməsi

Bütün bu amillər birlikdə oynaq ağrılarının daha güclü hiss edilməsinə səbəb olur.

Qışda diz ağrıları artrozla əlaqəlidirmi?

Bəli, bir çox hallarda qışda diz ağrıları artrozla birbaşa əlaqəli olur. Diz oynağı bədənin ən çox yük daşıyan oynaqlarından biri olduğu üçün soyuq havaya və hərəkətsizliyə daha həssasdır. Qış aylarında diz ağrılarının artması artrozun aktivləşdiyini göstərə bilər.

Atroz ağrılarını azaltmaq üçün nə etmək lazımdır?

Aşağıdakı addımlar faydalı ola bilər:

  • Oynaqları isti saxlamaq
  • Hər gün yüngül və davamlı hərəkət
  • Uzun müddət eyni mövqedə qalmamaq
  • Çəki nəzarətinə diqqət etmək

Həkim nəzarəti ilə müalicə planına əməl etmək

Hansı analizlər verilməlidir?

Artrozla oxşar iltihabi oynaq xəstəliklərini istisna etmək üçün aşağıdakı analizlər tövsiyə oluna bilər:

  • RF (Revmatoid faktor)
  • Anti-CCP
  • C-reaktiv zülal (CRP)

Bu testlər diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır. Əgər qış aylarında oynaq ağrılarınız, xüsusilə diz nahiyəsində sərtlik və hərəkət məhdudiyyəti artıbsa, bunu diqqətsiz buraxmayın. Sağlam Ailə-də artrozla bağlı müayinə, laborator analizlər və fərdi müalicə yanaşması ilə ağrıların səbəbi dəqiqləşdirilir və vəziyyətinizə uyğun effektiv həll yolları təklif olunur. Burada rahatlıqla müayinədən keçə və peşəkar tibbi dəstək ala bilərsiniz!
Oynaq ağrıları artrozdan başqa digər oynaq xəstəliklərinində əlaməti ola bilər, bu səbəbdən mövzu ilə bağlı digər yazılarımızla tanış ola bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi