Медицинская информация

Что такое полосатое копье? Польза и влияние на здоровье.

Son illərdə sağlam qidalanma üsulları arasında ən çox diqqət çəkənlərdən biri aralıqlı orucdur. Bu yanaşma qidanın miqdarından çox, hansı vaxt aralığında qəbul olunmasına fokuslanır. Məqsəd bədənə bir az istirahət vermək və həzmin daha rahat getməsinə kömək etməkdir. Düzgün tətbiq edildikdə bu qidalanma üsulu çəkiyə nəzarət etməyə və gün boyu enerjini daha stabil saxlamağa dəstək ola bilər. Amma unutmaq olmaz ki, bu üsul hər kəs üçün eyni nəticə verməyə bilər.

Aralıqlı oruc nədir? 

Aralıqlı oruc nədir sualının cavabı sadədir - gün ərzində qidalanma və ac qalma vaxtlarının müəyyən saatlara bölünməsi prinsipi ilə qurulan qidalanma modelidir. Məsələn, 16 saat ac qalmaq və 8 saatlıq qidalanma pəncərəsi ən çox istifadə edilən üsullardandır. Bu sistem orqanizmin enerji ehtiyatlarından daha effektiv istifadə etməsinə kömək edir. Həzm sisteminə verilən fasilə bədənin bərpa və yenilənmə proseslərini dəstəkləyə bilər.

Araliqli oruc ilə klassik pəhriz fərqi nələrdir? 

Klassik pəhrizlərdə əsas məqsəd kalorini azaltmaqdır, araliqli orucda isə yemək saatları önə çıxır. Məqsəd yemək vaxtlarını tənzimləyib bədənin metabolik balansını qorumaqdır. Bu üsul psixoloji olaraq da daha rahat qəbul olunur, çünki qadağalar yox, vaxt planı əsasdır. Bütün pəhrizlərdə qidanın keyfiyyətli olması, kifayət qədər mineral və faydalı yağlarla zəngin olması vacibdir.

Aralıqlı orucun faydaları hansılardır?

Aralıqlı qidalanma düzgün qaydada tətbiq edildikdə orqanizmə bir çox müsbət təsir göstərə bilər. Bu təsirlər insanın yaşına, sağlamlıq vəziyyətinə və həyat tərzinə görə fərqli ola bilər, yəni hər kəsdə eyni nəticə vermir. Ən yaxşı və davamlı nəticə əldə etmək üçün bu rejimi balanslı, faydalı və kifayət qədər qidalanma ilə birlikdə tətbiq etmək vacibdir.

Çəki azalmasına təsiri

Qidalanma vaxtının məhdudlaşdırılması gün ərzində qəbul edilən kalorinin azalmasına səbəb ola bilər. Bu isə çəki nəzarətini asanlaşdıran amillərdən biridir. Eyni zamanda aralıqlı oruc menyusu zamanı orqanizm enerji mənbəyi kimi yağ ehtiyatlarından istifadə etməyə başlayır. Bu proses düzgün planlaşdırıldıqda sağlam şəkildə arıqlamağa dəstək verir.

Metabolizmanın sürətlənməsi

Araliqli oruc dövründə bədən enerjini daha effektiv istifadə etməyə çalışır. Bu isə metabolik proseslərin aktivləşməsinə təsir göstərə bilər. Nəticədə bədən enerjini qənaətlə istifadə etməyi öyrənir və maddələr mübadiləsi daha nizamlı işləyir.

Qan şəkərinin balanslaşması nədir?

Qidalanma intervalının tənzimlənməsi qan şəkərinin kəskin qalxıb-enməsinin qarşısını ala bilər. Bu da gün ərzində enerji səviyyəsinin daha stabil qalmasına kömək edir. Xüsusilə aralıqlı oruc menyusu zamanı şəkərli qidaların məhdudlaşdırılması qan şəkərinin balanslaşmasına daha yaxşı təsir göstərə bilər. 

Aralıqlı oruc menyusu necə olmalıdır? 

Düzgün qurulmuş aralıqlı oruc menyusu balanslı və qida dəyəri yüksək məhsullardan ibarət olmalıdır. Qidalanma zamanı qəbul edilən qidalar orqanizmin gündəlik ehtiyaclarını ödəməlidir. Sadəcə ac qalmaq kifayət deyil, qəbul edilən qidanın keyfiyyəti də böyük əhəmiyyət daşıyır. Əks halda halsızlıq və enerji çatışmazlığı yarana bilər.

Qidalanmada balans

Zülal, sağlam yağlar, kompleks karbohidratlar və lifli qidaların balansı qorunmalıdır. Bu balans gün ərzində toxluq hissini uzadır və enerji səviyyəsini sabit saxlayır. Balanslı aralıqlı oruc menyusu həm fiziki, həm də zehni fəaliyyətin davamlı olmasına kömək edir. Bu isə qidalanma prosesinin davamlı tətbiqini asanlaşdırır.

Aralıqlı oruc menyusuna nümunə

Qidalanma zamanı tərəvəz, zülal mənbələri, tam taxıllar və meyvələrdən ibarət menyu uyğun seçim hesab olunur. Bu qidalar həm doyumlu, həm də orqanizm üçün faydalıdır. Aralıqlı oruc menyusuna sadə və təbii qidalar əlavə etməklə siz həzm prosesini yüngülləşdirə və qida balansını qoruya bilərsiniz.

Uzaq durulmalı qidalar

Şəkərli içkilər, fast food və yüksək emal olunmuş qidalar aralıqlı orucun effektivliyini azalda bilər. Bu məhsullar qan şəkərində kəskin dəyişikliklərə səbəb olur. Onların məhdudlaşdırılması nəticələrin daha stabil olmasına kömək edir. Bu yanaşma həm də ümumi sağlamlıq üçün daha faydalıdır.

Halsızlıq və baş ağrısı

İlk günlərdə orqanizm yeni rejimə uyğunlaşarkən halsızlıq və baş ağrısı kimi hallar müşahidə oluna bilər. Bu, adətən müvəqqəti xarakter daşıyır. Kifayət qədər su qəbulu və balanslı menyu bu simptomların azalmasına kömək edir. Araiqli oruc zamanı uzunmüddətli narahatlıq olduqda isə mütəxəssis məsləhəti vacibdir.

Araliqli oruc kimlər üçün uyğun deyil?

Hamilə qadınlar, xroniki xəstəliyi olan şəxslər və bəzi metabolik problemləri olanlar üçün bu model uyğun olmaya bilər. Araliqli orucun hər kəs üçün eyni nəticə vermədiyini nəzərə almaq lazımdır. Belə hallarda qidalanma rejimini dəyişməzdən əvvəl mütləq həkim məsləhəti almaq daha doğru yanaşma hesab olunur. Aralıqlı oruc rejiminin sizə uyğun olub-olmadığını müəyyən etmək və fərdi qidalanma planı almaq üçün Sağlam Ailə Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Balanslı və sağlam qidalanma ilə həyat keyfiyyətinizi yaxşılaşdırın. 
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi