Медицинская информация

Что такое витамин А? Польза и продукты, содержащие витамин А.

Vitaminlər orqanizmin normal fəaliyyəti üçün vacib olan əsas mikroelementlərdəndir. Onların arasında xüsusi rola malik olan vitamin a həm görmə funksiyası, həm də immun müdafiə baxımından əhəmiyyətlidir. Bu vitamin yağda həll olunan vitaminlər qrupuna daxildir və bədəndə toplanma xüsusiyyətinə malikdir. Buna görə qəbul miqdarı balanslı olmalıdır.

Vitamin A nədir və bədəndə hansı vəzifələri yerinə yetirir? 

Bu vitamin orqanizmdə hüceyrə yenilənməsi, görmə mexanizmi və dəri sağlamlığı üçün vacib rol oynayır. 
Onlar iki əsas formada mövcuddur:

  • Retinol - heyvani mənşəli qidalarda olur
  • Beta - karoten - bitki mənşəli qidalarda rast gəlinir.

Bu vitamin görmə torlu qişasında işığa həssas piqmentlərin sintezində iştirak edir və xüsusilə zəif işıq şəraitində görmə qabiliyyətinin qorunmasına kömək edir.

Vitamin A-nın əsas faydaları 

Onun faydaları həm daxili orqan sistemlərinə, həm də ümumi sağlamlığa təsir edir. 
Ən mühüm təsirləri bunlardır:

  • Görmə qabiliyyətinin qorunmasına kömək edir
  • Dərinin və selikli qişaların sağlamlığını dəstəkləyir
  • İmmunitet funksiyalarını gücləndirir
  • Hüceyrə yenilənməsində iştirak edir
  • Uşaqlarda normal böyümə və inkişafı dəstəkləyir
  • Saç və dırnaq sağlamlığına müsbət təsir göstərir

Bu xüsusiyyətlərə görə A vitamininin balansı sağlam həyat tərzinin vacib hissəsi hesab olunur.

A vitamini çatışmazlığının əlamətləri 

A vitamin çatışmazlığı uzun müddət davam etdikdə bir sıra klinik əlamətlərlə özünü göstərə bilər. Ən çox rast gəlinən simptomlar bunlardır:

  • Gecə görməsinin zəifləməsi
  • Dərinin quruması və qabıqlanması
  • Tez-tez infeksiyalara yoluxma
  • Göz quruluğu və qıcıqlanma
  • Saç tökülməsi
  • Yorğunluq və halsızlıq

Bu əlamətlər müşahidə olunduqda vitamin səviyyələrinin yoxlanılması tövsiyə edilir. Belə hallardaümumi vitamin cheack up paketləriorqanizmin ehtiyaclarını dəqiq qiymətləndirməyə kömək edir.

A vitamininin mənbələri: A vitaminli qidalar 

Bu qidalar gündəlik rasionda balanslı şəkildə yer almalıdır. 
Onun əsas mənbələri aşağıdakılardır:
Heyvani mənşəli mənbələr

  • Qaraciyər
  • Yumurta sarısı
  • Kərə yağı
  • Süd və süd məhsulları

Bitki mənşəli mənbələr:

  • Kök
  • Balqabaq
  • İspanaq
  • Brokkoli
  • Ərik
  • Şirin kartof

Bu qidalar tərkibindəki beta-karoten vasitəsilə orqanizmin A vitamin ehtiyacını qarşılayır. Orqanizmdə vitamin balansını dəqiq öyrənmək üçün Sağlam Ailə tibb mərkəzindəvitamin testləri vasitəsilə yoxlanışdan rahatlıqla keçə bilərsiniz. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi