Медицинская информация

Физические и биологические причины усталости после еды

Yeməkdən sonra halsizliq və yorgunluq bir çox insanın zaman-zaman yaşadığı yayılmış haldır. Adətən nahar və ya axşam yeməyindən sonra ortaya çıxan bu halsızlıq, orqanizmdə baş verən normal fizioloji dəyişikliklərin nəticəsidir. 
Laki yeməkdən sonra yaranan halsızlıq hər zaman zərərsiz hesab edilməməlidir və bəzi hallarda orqanizmdə mövcud olan müəyyən sağlamlıq problemlərinə işarə edə bilər. Aşağıda bu vəziyyətə səbəb ola biləcək əsas tibbi və bioloji amilləri qeyd edirik:

Qan şəkərinin oynaması və insulin ifrazı:

Karbonhidratlarla zəngin qidalar insulin səviyyəsini artırır. İnsulin bəzi amin turşularını əzələlərə yönləndirərkən, triptofanın (amin turşusu) beyinə getməsini asanlaşdırır. Triptofan isə əvvəlcə serotoninə, sonra melatoninə (yuxu hormonuna) çevrilərək yuxuya meyli artırır.

Həzm prosesi və mədəyə qan axınının artması:

Yemək qəbul edildikdən sonra həzm sistemi daha çox qana ehtiyac duyur. Orqanizm qanın böyük hissəsini mədə və bağırsaqlara yönləndirir. Bu zaman beyinə gedən qan axını nisbətən azala bilər və bu da yorğunluq hissinin yaranmasına töhfə verə bilər.

Triptofan tərkibli qidalar və yuxu hormonu (Melatonin):

Triptofan tərkibli qidalar (məsələn, süd, pendir, qoz-fındıq) insulin təsiri ilə beyinə daha rahat keçərək serotoninə və melatoninə çevrilir. Bu hormonlar yuxunu artırır və yemək sonrası halsızlıq yaradır.

Hansı qidalar daha çox yorğunluq yaradır?

Yağlı və yüksək kalorili qidalar həzmi çətinləşdirir. Orqanizm bu yükü kompensasiya etməyə çalışarkən halsızlıq hissi güclənir. Eyni zamanda bu cür qidalar mədənin boşalmasını gecikdirərək şişkinlik və yorğunluğa səbəb ola bilər.
Gəlin yorğunluq yaradan qidalara daha yaxından baxaq:

Sadə karbohidratlar və şəkərli qidalar:

Karbohidratlarla zəngin və şəkərli qidalar insulin ifrazını sürətlə artırır və sonra qan şəkərinin tez düşməsinə səbəb olur. Bu da yuxu və halsızlıq hissini gücləndirir.

Qızardılmış və yağlı yeməklər:

Yağlı və yüksək kalorili yeməklər həzmi çətinləşdirir. Orqanizm bu yükü kompensasiya etməyə çalışarkən halsızlıq hissi daha da artır. Eyni zamanda bu qidalar mədənin boşalmasını gecikdirərək şişkinlik və yorğunluğa səbəb olur.
Eyni zamanda porsiya ölçüsünün çox olması həzm sistemini yükləyir, qana yönələn həzm fəaliyyəti artır və nəticədə enerji səviyyəsi azalır. Orta dərəcədə toxluq idealdır.

Yeməkdən sonra enerjini qorumağın effektiv yolları nələrdir?

Yeməkdən sonra yaranan halsızlıq və yorğunluğu azaltmaq üçün düzgün qidalanma və gündəlik həyat tərzi böyük əhəmiyyət daşıyır. Gün boyu enerji səviyyəsini qorumağa yönəlmiş aşağıdakı tövsiyələrə diqqət yetirməyinizə tövsiyə edirik:

Qida rasionunda balans saxlanılmalıdır:

Zülal, lif və sağlam yağlardan zəngin, rafinə karbohidratlardan uzaq qidalar seçilməlidir. Bu, qan şəkərinin stabilliyini qoruyur, enerji səviyyəsini artırır və yemək sonrası halsızlığın qarşısını alır.

Yeməkdən sonra qısa gəzintinin edilməsi:

Yeməkdən sonra 10-15 dəqiqəlik yüngül gəzinti halsızlıq və yorgunluğu azaldır. Bu, həm həzm prosesini sürətləndirir, həm də qan dövranını aktivləşdirərək enerjini bərpa etməyə kömək edir.

Su balansını qorumaq və düzgün yuxu rejimi:

Gecə keyfiyyətli və müntəzəm yatmaq, həmçinin kifayət qədər maye qəbul etmək gündüz yemək sonrası halsızlığın qarşısını almağa kömək edir.
Yeməkdən sonra müəyyən qədər yorğunluq hissi çox zaman normaldır. Lakin bu vəziyyət tez-tez təkrarlanır, kəskin olur və həyat keyfiyyətini aşağı salırsa, mütləq daxili xəstəliklər üzrə həkimə müraciət edilməlidir. 
Əgər burada sadalanan əlamətləri yaşayırsınızsa, səbəbin dəqiq müəyyənləşdirilməsi üçün ümumi check-up müayinəsindən keçməyiniz tövsiyə olunur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi