Медицинская информация

İntravenoz terapiya

İntravenoz Terapiya nədir?

  • Dərmanlar orqanizmə müxtəlif üsullarla daxil edilə bilir ki, bunlardan biri də İntravenoz və ya damar daxili terapiyadır. Dərman maddəsinin damar daxili yeridilməsi zamanı dərman maddəsi yeridildiyi andan etibarən təsirini göstərir,tam 100% olmaqla mənimsənilir.

IV terapiya kömək edir ki:

  • Maye, vitamin və mikroelementlər bərpa edilsin;
  • Lazımsız maddələrin orqanizmdən kənarlaşdırılsın;
  • İmmunitet və yaddaş daha da güclənsin;
  • Dəri görünüşü cavanlaşsın və daha parıltılı olsun;
  • Diqqət funksiyası və enerji artımı stimullaşsın.

IV terapiya zamanı diqqət edilməsi gərəkənlər və əsas şərtlər bunlardır.

  • Dərman maddəsi yeridilməzdən öncə vital göstəricilər- bədən tempraturu, nəbz, arterial təzyiq diqqətə alınır. 
  • Terapiya öncəsi tox qarına olmaq məsləhətlidir.
  • Damar daxili terapiya 18 yaşdan sonra aparıla bilər.

Qeyd: İntravenoz terapiya xüsusi gigiyenik qaydalara uyğun,xüsusi təlimli personal tərəfindən,həkim nəzarəti ilə  hər xəstə üçün individual hazırlanaraq tətbiq edilir.

 IV Terapiya növləri hansılardır?
 

          Detox: (Optimal və Premium)

  • Ümumi cavanlaşdırıcı təsiri artırır;
  • Yaraların sağalması prosesini sürətləndirir;
  •  Bədən çəkisini nizamlayır;
  •  Antibiotik terapiyası sonrası bədəni bərpa edir.

    Detox(Nefropatiya):
  • Zülalın,vitamin və mikroelementlərin bərpasını təmin edir;
  • Xroniki böyrək çatışmazlığı zamanı tətbiq edilir.

     Beyin qan dövranının bərpası:
  • Öyrənmə,yaddaş ,diqqət funksiyaları yaxşılaşdırır;
  • Beyin qan dövranını bərpa edir;
  • Qısa və uzunmüddətli yaddaş göstəricilərini bərpa edir.

    İmmunitet(Immune Booster):
  • Kəskin virus infeksiyaları zamanı sağalmanı sürətləndirir;
  • Soyuqdəymə,halsızlıq və iştahsızlığı aradan qaldırır.

    Anemiya:
  • Orqanizmdə dəmir balansını normaya salır;
  • Dəmir çatışmazlığı ilə əlaqədar saç tökülməsi və dırnaqların kövrəkliyini normaya salır.

    Ödem əleyhinə:
  • Ödem əleyhinə təsir göstərir,xüsusi ilə əməliyyat sonrası vəziyyət üçün  toxumalarda maye balnsını normallaşdırır;
  • Qanın sirkulyasiyasını sürətləndirir;
  • Beyinə qan tədarükünü yaxşılaşdırır.

    Ketonların aradan qaldırılması:
  • Şəkərli diabetin kəskinləşməsi hallarında vacibdir.
  • Toxuma və hüceyrələrin qidalanmasını təmin edib, uzummüddətli pəhrizlərdə və ac qalma zamanı tətbiq edilir.

    Qadın sağlamlığı:
  • Menstrual nizamsızlıq və menopauza zamanı faydalıdır;
  • Qadın cinsi hormonlarının sintezini normallaşdırır;
  • İltihab əleyhinə təsir göstərir, süd vəzi uşaqlıq yolu iltihablarında istifadə edilə bilər.

    Kişi sağlamlığı:
  • Kişi cinsiyyət sisteminin funksiyasının normallaşmasına təsir edir, libidonun azalması hallarında istifadə edilə bilər;
  • Yanaşı olaraq,qan dövranını stimullaşdırır,maddələr mübadiləsini sürətləndirir.

     Dəri sağlamlığı:
  • Orqanizmin özünü bərpa etmə qabiliyyətini,enerji istehsalını gücləndirir;
  • Bir çox toxumalarda kollagen istehsalını sürətləndirir;
  • İltihabın qarşısını almağa və bərpa proseslərini sürətləndirməyə kömək edir.

    Stomatoloji IV:
  • Bu terapiya forması sedasiya, iltihabəleyhinə dəstək və ya cərrahi müdaxilə sonrası reabilitasiya üçün(ağızdan dərman qəbulu çətinləşdiyi hallarda) istifadə edilir;
  • Diş həkimi qorxusu və yüksək narahatlıq yaşayan pasiyentlər üçün ideal seçimdir.

    Ağrıya qarşı:
  • Kəskin və dözülməz ağrılarda,travma və əməliyyatlardan sonra,xroniki iltihablı xəstəliklərdə ağrını azaldır,rahatlıq gətirir.
  • Orqanizmdə iltihabi prosesi azaldır,artroz və ya oynaq zədələnmələri halında ağrısız hərəkəti bərpa edir və ümumi vəziyyəti yaxşılaşdırır.

    Neyropatiya + ensefalopatiya:
  • Sinir toxumalarının qidalanması bərpa edilir, beyin və periferik sinirlərin qan təchizatı stimullaşır;
  • Yaddaş zəifləməsi, diqqət pozğunluğu xroniki yorğunluq, başgicəllənmə, qulaqlarda səs-küy kimi narahatedici əlamətlər və bir çox yanaşı simptomlar zamanı effektivdir.

    İdmançılar üçün(yarış və reablitasiya):
  • Bu terapiya təkcə peşəkar idmançılar üçün deyil, həmçinin müntəzəm fiziki fəaliyyətlə məşğul olan, aktiv həyat tərzi sürən insanlar üçün də tövsiyə olunur.
  • Toxuma regenerasiyası və sağalma proseslərinin stimullaşdırılmasına təsir edir.

    Collagen Booster:
  • Dərinin sağlamlığını və gənc görünüşünü qorumaq üçün hazırlanmış kollegen sintezini stimullaşdıran prosedurdur;
  • Terapiya oksidativ stressi azaldır, iltihabi prosesləri yumşaldır və dərinin ümumi müdafiə qabiliyyətini artırır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi