Quru öskürək nəfəs yollarında qıcıqlanma nəticəsində yaranan, bəlğəmsiz və çox vaxt yorucu olan öskürək növüdür. İnsanlar gündəlik həyatda bu şikayətlə tez-tez rastlaşır. Bəzən sadə soyuqdəymədən sonra başlayır, bəzən də allergiya, astma və ya mədə-turşu reflüsü kimi daha ciddi səbəblərə bağlı ola bilər. Ən çox verilən sual isə budur: Quru öskürək nədən yaranır və necə müalicə edilir?
Quru Öskürəyin Yaranma Səbəbləri
Quru öskürəyin səbəblərini anlamaq düzgün müalicə seçmək üçün əsas şərtlərdən biridir. Bu simptom yalnız boğazın quruluğundan deyil, həm də orqanizmdə gizli gedən proseslərdən qaynaqlana bilər. Ən geniş yayılmış səbəblər isə sizinlə bölüşürük:
- Soyuqdəymə və virus infeksiyaları – qrip və ya respirator xəstəliklər zamanı quru öskürək inkişaf edir və bir neçə həftə davam edə bilər.
- Allergiyalar – toz, polen və heyvan tüklərinə qarşı həssaslıq öskürəyə səbəb olur.
- Bronxit və astma – xroniki xəstəliklərdə quru öskürək uzunmüddətli xarakter daşıyır.
- Mədə-turşu reflüsü (GERD) – mədə turşusunun boğaza qalxması gecə və səhər saatlarında öskürəyi artırır.
- Siqaret və zərərli mühit – tütün tüstüsü, kimyəvi qazlar və toz nəfəs yollarını qıcıqlandırır.
Quru Öskürək Necə Müalicə Edilir?
Müalicə üsulu səbəbdən asılı olaraq dəyişir. Sadəcə öskürəyi azaltmaq yox, onu yaradan əsas faktoru aradan qaldırmaq vacibdir. İnsanların ən çox maraqlandığı sual: Quru öskürək necə keçir? Cavablar isə fərqlidir:
- Dərman preparatları – öskürəyi azaldan siroplar, allergiya əleyhinə dərmanlar və bronx genişləndiricilər.
- Nəmləndirilmiş hava – evdə hava nəmləndiricisi istifadəsi boğazın quruluğunu azaldır və öskürəyi yüngülləşdirir.
- Qida və həyat tərzi dəyişiklikləri – reflü hallarında qida rasionunun düzəldilməsi, allergiyada isə allergenlərlə təmasın minimuma endirilməsi faydalıdır.
- Həkim müayinəsi – uzunmüddətli, gecə artan və ya nəfəs darlığı ilə müşayiət olunan öskürəklərdə mütləq həkimə müraciət edilməlidir.
Quru öskürək bir çox insanda rast gəlinən problem olsa da, onun səbəbi hər zaman eyni olmur. Özbaşına dərman qəbul etmək risklidir. Əgər öskürək 2–3 həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin. Sağlam Ailə Tibb Mərkəzi müasir diaqnostika və müalicə üsulları ilə quru öskürəyin səbəblərini müəyyənləşdirir və effektiv müalicə tətbiq edir.