Медицинская информация

Kron xəstəliyi

1. Kron xəstəliyinin etiologiyası.

2. Kron xəstəliyinin əlamətləri hansılardır?

3. Xəstəliyin səbəbləri nələrdir?

4. Profilaktikası necə aparılır?

Kron xəstəliyinin etiologiyası və səbəbi hələ tam dəqiq bilinmir. Tam sağalmayan qalıcı bir xəstəlikdir. Əsasən kron xəstəliyi ümumiyyətlə nazik bağırsaq və yoğun bağırsaq ilə nazik bağırsaqların birləşdiyi yer ətrafında görülən iltihablı bir xəstəlikdir. Statistik göstəricələrə görə, kişilərə nisbətən daha çox qadınlarda rast gəlinən kron xəstəliyi 35-40 yaş aralığını əhatə edir.Kron xəstəliyinə həm də azyaşlı uşaqlarda rast gəlmək olur.Bu xəstəlikdən əziyyət çəkən insanların həzm sistemində təsir edilən sahələrdə qalınlaşma, xora adlanan yara müşahidə edilir.

Xəstəliyin əlamətləri nələrdir?

  1. İshal
  2. Meteriozm
  3. Mədə-bağırsaq traktında ağrı
  4. Nəcisdə qan və iltihab
  5. Bulantı və qusma

Kron xəstəliyinin kəskinləşməsi ilə bədən hərarətinin yüksəlməsi müşahidə olunur.Xəstə sürətlə çəki itirir, iştahı itir, anemiya əlamətləri olur, xəstə zəyifləyir və xroniki yorğunluq müşahidə olunur.Bundan əlavə, kron xəstəliyinin həm də bədəndə digər patologiyalara da səbəb ola bilir:gözlərin və ağız boşluğunun selikli qişasının iltihabı, oynaqlarda kəskin ağrı.

Xəstəliyin kəskinləşməsinə nə səbəb ola bilər?

  1. Genetik faktorlar
  2. Sağlam həyat tərzinin olmaması, siqaret və alkoqol istifadəsi
  3. Qeyri-sağlam qidalanma

Risk qruplarına kimlər daxildir? Risk qrupuna genetik cəhətdən meyilli insanlar daxildir. Əgər ailədə valideynlərdən hər hansısa biri bu xəstəlikdən əziyyət çəkirsə, həmin insanın bu xəstəliyə tutulma  ehtimalı çoxdur 10 dəfə daha çoxdur.

Xəstəliyin diaqnostikası.

  • Qan testləri
  • Nəcisin ümumi müayinəsi
  • Endoskopiya və kolonoskopiya

Bəs xəstəliyin diaqnostikası üçün hansı laborator və instrumental müayinələrdən istifadə olunur?

Laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C- reaktiv zülal, ümumi zülal, albumin, qaraciyər sınaqları və elektrolitlərin yoxlanılması məsləhət görülür.Qanın ümumi müayinəsində anemiya və leykositoz müşahidə olunur (bağırsağın iltihabı prossesi fonunda) Kəskin diareya zamanı nəcisin ümumi analizi, clostridium difficule A və B toksinləri verilməyi məsləhət görülür (psevdomembranoz koliti inkar etmək üçün) 90% hallarda 4 dəfə nəcis nümunəsi götürmək məsləhət görülür. Diaqnoz qoyulduqda, qurd yumurtaları və parazitlər üçün nəcisin ümumi və eyni zamanda nəcisdə kalprotektin səviyyəsinin qiymətləndirilməsi də aparılmadılır. Kalprotektin-bağırsaq mukozasının neytrofilləri tərəfindən istehsal olunan bir proteindir.Onun səviyyəsi Kron xəstəliyi və xoralı kolit zamanı yüksəlir.

Bəs pasiyent nə zaman həkimə müraciət etməlidir?

Kron xəstəliyinin bir çox əlamətləri digər bağırsaq xəstəliklərin əlamətlərinə bənzədiyi üçün hər tərəfli diaqnostika olunmalı və həkimə vaxtında müraciət edilməlidir.Diaqnoz həkim qastroenteroloq tərəfindən qoyulur.

Aşağıda göstərilən əlamətlər varsa, həkim qastroenteroloqa müraciət etməyiniz tövsiyə olunur:

  • Keçməyən ishal
  • Mədə-bağırsaq traktında davamlı ağrı
  • Obyektiv səbəblər olmadan sürətli çəki itkisi
  • Nəcisdə qan izləri

Profilaktikası:

Davamlı sağlıqlı pəhriz və balanslaşdırılmış qida qəbul etmək tövsiyə olunur.Stressə qarşı davamlılıq, stressə qarşı müqavimətin inkişafı, kifayət qədər fiziki aktivlik, sağlam həyat tərzi və spirtli içkilərdən və eyni zamanda siqaretdən uzaq durmaq tövsiyə olunur.


Tibbi koordinator - Həsənli Fidan

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi