Endokrinoloq nədir, hansı işləri görür?
Endokrinoloq hormonal sistemi və daxili sekresiya vəziləri ilə bağlı xəstəlikləri müalicə edən həkimdir.
Медицинская информация
Endokrinoloq hormonal sistemi, yəni daxili sekresiya vəziləri ilə bağlı xəstəliklərin diaqnostika və müalicəsini həyata keçirən ixtisaslaşmış həkimdir. Bu sistemə qalxanabənzər vəz, şəkər mübadiləsi, böyrəküstü vəzlər, hipofiz, cinsi hormonlar və digər hormon balansı daxildir. Hormonların pozulması orqanizmin demək olar ki, bütün funksiyalarına təsir göstərə bilər. Buna görə endokrinoloq həkimlər həm ümumi sağlamlığın qorunmasında, həm də xroniki xəstəliklərin idarəsində mühüm rol oynayır.
Endokrinoloq aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olur:
Bu problemlər vaxtında aşkar olunmadıqda daha ciddi fəsadlara səbəb ola bilər.
Aşağıdakı şikayətlər olduqda endokrinoloqa müraciət etmək tövsiyə edilir:
Bu əlamətlər hormonal disbalansın göstəricisi ola bilər.
Endokrinoloq müayinəsi ilkin konsultasiya ilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, həyat tərzini və tibbi tarixçəsini qiymətləndirir.
Ehtiyac olarsa digər analiz də verilməlidir:
Bu üsullar dəqiq diaqnoz qoymağa və fərdi müalicə planı hazırlamağa kömək edir. Əgər hormonal problemlər, şəkər və ya qalxanabənzər vəzlə bağlı şikayətləriniz varsa, Sağlam Ailə Tibb Mərkəzində endokrinoloq müayinəsindən keçərək dəqiq diaqnoz və uyğun müalicə ala bilərsiniz. Həkimlərimiz və müalicə üsulları haqqında ətraflı öyrənmək üçün endokrinologiya səhifəmizi ziyarət edin.
Endokrinoloq hormonal sistemi və daxili sekresiya vəziləri ilə bağlı xəstəlikləri müalicə edən həkimdir.
Xeyr, ilkin müayinə zamanı lazım olan analizləri həkim özü təyin edir.
Xeyr, qalxanabənzər vəz, hormonal balans, metabolizma və bir çox digər problemlərlə də məşğul olur.