MCH Testi Nədir?
MCH, qırmızı qan hüceyrələri- eritrositlərdəki ortalama hemoqlobilinin miqdarını təyin edən bir testdir. Hemoglobin, qanda oksigeni daşıyan bir proteindir ki, oksigenlə birləşməsi qana qırmızı rəngi verir. MCH qanın kliniki analizi və ya hemoqram zamanı təyin edilir.
*Laborotoriyamızda MCH testi üçün referans aralığı:
Kişilər üçün25.7-32.2 pq(pikoqram)
Qadınlar üçün:25.6-32.2 pq
MCH Səviyyəsinin normadan az olması
Qırmızı qan hüceyrələrinin yetəri qədər hemoqlobilin daşıya bilmədiyini göstərir.
Səbəbləri:
Fe defisitli anemiya
Autoimmun xəstəliklər
Qaraciyər və böyrək xəstəlikləri
Talassemiya
Çoxlu qan itirmə və ağır yaralanmalar
Əlamətləri:
Başgicəllənmə: beyinə yetəri qədər oksigen getməməsi halı səbəb olur, hətta bayılma ola bilər.
Dəri rənginin solğunlaşması: Hemoqlobilinin normal miqdarı dəriyə sağlam rəng verir.
Nəfəs darlığı: xüsusilə hər hansı bir fiziki aktivlik zamanı
Saç tökülməsi: səbəb yetərli oksigenlə təmin olunmamaqdır.
MCH Səviyyəsinin normadan yüksək olması
Qırmızı qan hüceyrələrinin normaldan artıq oksigen daşıdığını göstərir. Eyni zamanda qırmızı qan hüceyrələrinin ölçüsünə görə normaldan böyük olmasını,lakim yetişkin mərhələyə çatmamasını göstərir.
Səbəbləri:
Hipotrioidizm: Tiroid hormonu dolayı yolla qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə təsir edir.
Akoqol və ya bəzi dərman maddələri: Həddindən artıq alkoqol qəbulu və ya bəzi dərman maddələri qaraciyərə zərər verərək qırmız qan hüceyrələrinin əmələ gəlmə mərhələlərinə təsir edir.
Ağciyər xəstəlikləri: Buvəziyyət oksigen azaldığı üçün, daha çox oksigen daşımaq üçün qırmızı qan hüceyrələrinin sayının artmasına səbəb olur.
Genetik faktorlar: Bəzi genetik faktorlar Qırmızı qan hüceyrələrinin forma və ölçüsünə təsir edir.
Megaplastik anemiya: B12 və ya Fol turşusu çatışmazlığı səbəbi ilə olur
Əlamətləri:
Qırılmağa meyilli dırnaqlar: B12 zəifliyi səbəbi ilə
Baş gicəllənmə və baş ağrıları
Ağız yaraları
Əl və ayaqlarda uyuşma
MCH testinin aparılma qaydası və hazırlıq
MCH Testi Qanın kliniki analizi tərkibində aparılır və başqa göstəricilərlə birlikdə hazırlanıb ümumi nəticə verilir.
Hemoqram zamanı Qırmızı qan hüceyrələrinin və Hemoqlobinin miqdarı təyin edilir.Toplam Hemoqlobilin miqdarının qırmızı qan hüceyrləri sayına nisbəti ilə ortalama hemoqlobilin hesablanır.
Analiz hemoqrama daxil olduğu üçün hazırlıq qaydası eynidir
Qida qəbulundan 2-4 saat sonra verilməlidir.
24 saat əvvəl alkoqol qəblu dayandırılmalıdır.
Analizdən öncə fiziki və emosianal gərginlik olmamalıdır.