Медицинская информация

Могут ли подогреватели автомобильных сидений привести к снижению качества спермы и повышению риска вагинальной дрожжевой инфекции?

Soyuq havalarda avtomobil oturacaqlarınızı qızdırmaq yaxşı olsa da, bunun insanlara birçox zərərləri var. Lakin çoxları bilmir ki, uzun müddət və yüksək istilikdə oturmaq kişilərdə sperm keyfiyyətinə təsir edə, qadınlarda isə vaginal göbələk infeksiyası riskini artıra bilər.
Xüsusilə qış aylarında avtomobildə oturacaq qızdırıcısından istifadə bir çox insan üçün rahatlıq və komfort deməkdir. Soyuq havada bədəni tez isitməsi bu funksiyanı sürücülər üçün cəlbedici edir. Bununla belə, uzun illərdir belə bir fikir yayılıb ki, oturacaq qızdırıcısı həm kişilərdə sonsuzluq və ya erektil disfunksiya yarada, həm də qadınlarda bəzi infeksiyalara səbəb ola bilər. Məsələyə tibbi baxımdan yanaşdıqda isə görünür ki, bu mövzu nə tamamilə zərərsiz sayılmalı, nə də həddindən artıq qorxuducu şəkildə təqdim olunmalıdır.

Oturacaq qızdırıcısı sperm keyfiyyətinə təsir edə bilərmi?

Kişilərlə bağlı əsas narahatlıq sperm yaranmasının xaya nahiyəsində temperatur balansına həssas olması ilə əlaqədardır. Uzun müddət oturmaq və əlavə olaraq oturacaq qızdırıcısından istifadə temperaturu artıra bilər və nəzəri olaraq bu sperm sayı və keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən kişilər uzun müddət yüksək istilikdə oturarkən diqqətli olmalıdır.

Xaya nahiyəsində sperm yaranmasına necə təsir edir?

Məlumdur ki, xayalar normal bədən temperaturundan bir qədər aşağı istilikdə daha optimal fəaliyyət göstərir. Uzun müddət oturmaq özlüyündə belə həmin nahiyədə temperaturun yüksəlməsinə səbəb olur. Oturacaq qızdırıcısı işlək olduqda isə bu istilik artımı bir qədər də güclənə bilər və sperm keyfiyyətinə təsir ehtimalı yaranır. Bu, xüsusilə gün ərzində saatlarla oturan kişilər üçün nəzərə alınmalıdır.

Qısa müddətli istilik sperma üçün təhlükəlidirmi, yoxsa bu sadəcə mifdir?

Qısa müddətli istilik sperma üçün təhlükəli deyil deyə düşünülür, amma bu təsirin əksər hallarda düşündüyünüz qədər ciddi olmadığını bilmək vacibdir. Oturacaq qızdırıcısından ara-sıra istifadə edən kişilərdə daimi sonsuzluq riski yoxdur. Müəyyən hallarda sperm keyfiyyətində keçici dəyişiklik ola bilər, amma bunu “oturacaq qızdırıcısı daimi sonsuzluq yaradır” kimi təqdim etmək düzgün deyil. Ara-sıra istifadə normal sürücülər üçün həm rahat, həm də təhlükəsiz sayılır.

Oturacaq qızdırıcısı kişilərdə cinsi güc zəifliyi yaradırmı?

Ereksiya problemi, yəni kişilərdə cinsi güc zəifliyi, kişinin kifayət qədər ereksiya əldə edə bilməməsi və ya onu davam etdirə bilməməsi ilə bağlıdır. Mövcud tibbi qiymətləndirmələrə görə, oturacaq qızdırıcısının erektil disfunksiya yaratdığına dair sübut yoxdur. Beləliklə, sperm keyfiyyəti ilə bağlı narahatlıqlar daha çox keçici və nəzəri təsirlərlə əlaqəlidir. Buna görə normal istifadə zamanı erektil funksiyaya təsir çox nadir hallarda müşahidə olunur.

Oturacaq qızdırıcısı vaginal göbələk infeksiyası riskini artırırmı?

Qadınlara gəlincə, oturacaq qızdırıcısının yumurta hüceyrələrinə zərər verdiyi sübut edilməyib. Lakin uzun müddət davam edən isti və nəm mühit, intim nahiyədə bəzi mikroorqanizmlərin, xüsusilə də vaginal göbələk infeksiyasının çoxalması üçün əlverişli şərait yaradır. Qadınlar bu riskləri nəzərə alaraq qızdırıcını ölçülü istifadə etməlidirlər.

Uzun müddət isti və nəm mühit vaginal göbələk üçün nə dərəcədə əlverişlidir?

Uzun müddət isti və nəm mühit vaginal göbələk üçün əlverişli şərait yaradır. Bu xüsusilə qadınlarda mikroorqanizmlərin çoxalması üçün şərait yaradaraq infeksiya riskini artırır. İsti oturacaqda uzun müddət oturmaq infeksiya riskini bir qədər yüksəldir.

Hər qadın bu risklə üzləşə bilərmi?

Bəzi qadınlarda, xüsusilə buna meyillilik varsa, vaginal göbələk infeksiyası riski daha yüksək ola bilər. Hər qadın eyni risklə qarşılaşmasa da, davamlı və həddindən artıq istifadə bu riski artırır.Genetik və şəxsi gigiyena faktorları da risk dərəcəsini təsir edir.

Qızdırıcıdan həddindən artıq və uzunmüddətli istifadə vaginal göbələk üçün təhlükəlidirmi?

Ara-sıra və ölçülü istifadə sağlam qadınlarda ciddi problem yaratmır. Amma saatlarla davam edən və güclü istilik təsiri vaginal göbələk riskini artıra bilər.Riskin yüksək olduğu hallarda, ara vermək və hava keçirməyən dar geyimlərdən uzaq durmaq tövsiyə olunur.

Oturacaq qızdırıcısından düzgün istifadə etmək üçün nə etməliyik?

Oturacaq qızdırıcısını təhlükəsiz istifadə etmək üçün əsas məqam onun istifadəsini ölçülü və qısa müddətli etməkdir. Həddindən artıq və uzunmüddətli istilik həm kişilər üçün sperm keyfiyyətinə təsir göstərə, həm də qadınlarda vaginal göbələk infeksiyası riskini artıra bilər. Avtomobilə minməzdən əvvəl qızdırıcını qısa müddət aktivləşdirmək, sonra söndürmək, istilik səviyyəsini orta və ya aşağıda saxlamaq, və uzun səfərlər zamanı ara-sıra fasilə vermək təhlükəsizliyi artırır. Bu sadə tədbirlərlə həm rahatlıq təmin olunur, həm də sağlamlıq qorunur. 

Avtomobillərdə qızdırıcının stifadə müddəti və intensivliyi necə olmalıdır?

İstifadə müddəti, intensivliyi və şəxsin ümumi sağlamlıq vəziyyəti əsas məsələdir. Ara-sıra və ölçülü istifadə adətən ciddi problem yaratmır. Amma saatlarla davam edən və güclü istilik təsirindən uzaq durmaq tövsiyə olunur. Qısa və ara-sıra istifadə həm rahat, həm də təhlükəsiz hesab edilir.

Qızdırıcının səviyyəsini necə tənzimləmək daha düzgündür?

  • Qızdırıcını yüksək deyil, orta və ya aşağı səviyyədə saxlamaq
  • Avtomobilə minməzdən əvvəl qısa müddətlik aktivləşdirmək, sonra söndürmək

Belə tənzimləmə həm sperm, həm də vaginal göbələk riskini azaldır.

Uzun səfərlər zamanı hansı profilaktik tədbirlər tövsiyə olunur?

  • Salonun ümumi isitmə sistemi ilə qızdırılmaya üstünlük vermək
  • Uzun səfərlər zamanı ara-sıra fasilə verib hərəkət etmək
  • Dar və sıx geyimlərdən uzaq durmaq
  • Dəri oturacaqlı avtomobillərdə parça və ya tüklü üzlüklərdən istifadə etmək
  • Təkrarlayan uroloji və ya ginekoloji şikayətlərdə həkim məsləhəti almaq

Bu sadə profilaktik tədbirlər həm kişilərin sperm sağlamlığını, həm də qadınlarda vaginal göbələk riskini minimuma endirməyə kömək edir. Əgər oturacaq qızdırıcısı istifadəsi zamanı narahatlıq hiss edirsinizsə və sağlamlığınızla bağlı dəqiq məsləhət almaq istəyirsinizsə, Sağlam Ailə Tibb Mərkəzində kişilər uroloji test və qadınlar isə ginekoloji test verərək sağlamlığınızı yoxlaya və müalicə ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi