Медицинская информация

Ослабление иммунитета в зимние месяцы и основные анализы

Soyuq mövsümdə orqanizmin müdafiə gücü zəifləyir və nəticədə müxtəlif infeksiyalara yoluxma ehtimalı artır. Qış aylarında immunitet zeifliyi daha çox D vitamini çatışmazlığı, balanssız qidalanma və az hərəkətlilik səbəbi ilə meydana çıxır. Bu dövrdə həm immunitetin aşağı düşmə riskini azaltmaq, həm də yaranan əlamətləri vaxtında tanımaq vacibdir. İnsan bədəninin müdafiə mexanizmini tənzimləyən immun sistemi qış mövsümündə daha həssas olur və bu da əlavə dəstəyə ehtiyac yaradır.

Qış aylarında immunitetin zəifləməsinin əsas səbəbləri 

Qışda immunitet zeifliyi bir neçə faktordan qaynaqlanır. 
Ən çox görülən səbəblər bunlardır:

  • Günəş işığının azalması və D vitamini çatışmazlığı
  • Ətraf mühitin temperatur dəyişiklikləri
  • Zəif havalandırılan məkanlarda daha çox vaxt keçirmək
  • Balanssız qidalanma və vitamin-mineral çatışmazlığı
  • Stress və yuxu rejiminin pozulması
  • Fiziki aktivliyin azalması

Bu faktorlar birlikdə immunitet zəifliyini artırır və xəstəliklərə qarşı müqaviməti azaldır.

İmmunitet zəifliyinin əlamətləri hansılardır? 

İmmunitet zeifliyi əlamətləri müxtəlif ola bilər, lakin ən çox rast gəlinən şikayətlər aşağıdakılardır:

  • Tez-tez soyuqdəymə və qripə yoluxma
  • Uzun müddət çəkən sağalma prosesi
  • Daimi halsızlıq və enerji azalması
  • Dəri və dırnaq problemləri
  • Yuxu pozuntuları
  • Tez yorulma
  • Bəzi hallarda tez-tez yaraların gec sağalması

Bu əlamətlər immunitetin əlavə dəstəyə ehtiyacı olduğunu göstərə bilər.

Qışda immunitet artıran qidalar

Qidalanma immunitetin gücləndirilməsində əsas rol oynayır. 
Qış dövründə aşağıdakı qidaları gündəlik rasiona əlavə etmək faydalıdır:

  • Sitrus meyvələri (C vitamini mənbəyi)
  • Balıq və Omeqa-3 tərkibli məhsullar
  • Sarımsaq və zəncəfil
  • Bal və propolis
  • Yaşıl yarpaqlı tərəvəzlər
  • Fındıq, badam kimi yağlı toxumlar
  • Kefir və qatıq kimi probiotik qidalar

Bu məhsullar immunitet artiran qidalar arasında ən çox tövsiyə olunanlardır və orqanizmin müdafiə mexanizmini gücləndirməyə kömək edir.

İmmuniteti yoxlamaq üçün analizlər 

Qış mövsümündə tez-tez xəstələnmə halları baş verirsə, immunitetin vəziyyətini laborator şəkildə qiymətləndirmək vacibdir. 
Bunun üçün istifadə olunan əsas testlər bunlardır:

  • Qan analizləri (leukosit səviyyəsi, limfosit faizi və s.)
  • Vitamin və mineral səviyyələrinin yoxlanılması
  • Qrip və digər respirator infeksiyalar üçün PCR testləri
  • Allergik reaksiyaların qiymətləndirilməsi
  • Xroniki iltihabi markerlərin analizi

Bu müayinələr immunitetin real vəziyyətini göstərir və düzgün müalicə planı qurmağa imkan yaradır. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki,immunitet analizi qış aylarında artan xəstəlik riskini qiymətləndirmək üçün həkimlər tərəfindən ən çox tövsiyə edilən üsullardandır. Eyni zamanda vitamin check-up paketləridə bədənin ehtiyac duyduğu maddələrin səviyyəsini dəqiq şəkildə göstərir və şəxsi olaraq uyğun dəstək planı yaratmağa imkan verir. Bütün  bu müayinələr təbii ki sağlamlıq mərkəzimizdə mövcuddur. Sağlam ailə tibb mərkəzimzə müraciət edərək, xüsusi tələb olunan bütün diaqnostik müayinələrdən keçə bilərsiniz. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi