Ротавирус

Виды иммунитетаHLA анализГенная терапияCOVID-19 тестСиндром ДаунаЦелиакияЧто такое непрямая реакция Кумбса? Почему сдается анализ?Высокая температураФункциональные пробы печени-АЛТЧто такое гемоглобин (HGB)?Защитите свой мозг!Что такое C-реактивный белок (CRP)?Причины головной боли, ее симптомы и лечениеЧто такое инсулин? Причины повышенного и пониженного инсулина.Защитим здоровье наших глаз!Комплексная лабораторная диагностика инфекцииCOVID-19Что такое герпес? Что вызывает герпетическую инфекцию?Боль в суставахПервая медицинская помощьЧто нам нужно знать о вакцине Covid-19?Что такое креатинин?АКНЕ - воспаление волосяных фолликулов и сальных железЧто такое бруцеллез и как он передается?Что такое лейкоцит?Что такое тестостерон?Что такое пролактин?Что такое рак?Иммунитет против SARS-COV-2 после вакцинацииЧто такое папиллома и что такое вирус папилломы человека (ВПЧ)?Здоровое сердцеПандемия и стрессЧто такое холестерин?Токсоплазма этоТалассемия этоТТГ - тиреотропный гормонАтеросклерозСахарный диабет. Причины, развитие, симптомы, диагностика.Когда требуется УЗИ брюшной полости?Что такое спермограмма? Как сдать анализ на спермограмму?Что такое эритроциты (красные кровяные тельца)?Наркотическая зависимость и ее вредЧто такое цинк (Zn)? Каковы симптомы дефицита цинка?Что такое кальций?Что такое прогестерон?Причины выпадения волосЧто такое тромбоциты? Что означает понижение и увеличение их уровня?Что представляет собой рак молочной железы? Симптомы рака молочной железы.Потеря обоняния и вкуса при заболевании COVID-19Что такое АСТ (аспартатаминотрансфераза)?Что такое эпилепсия? Какой должна быть первая помощь при эпилепсии?Что такое эстрадиол?Что вызывает насморк?Основные симптомы заболеваний передающихся половым путемЧто такое витамин Б12?Что такое пищевая непереносимость?Что такое селен? Какова его польза для организма?Гельминты (глисты) в организмеЧто такое анемия?Что такое ВИЧ/СПИД? Каковы их симптомы СПИДа?Что такое ревматизм? Признаки ревматизмаЧто такое железо? Какова его функция в организме?Что такое нутригенетика?Повышенное артериальное давлениеЧто представляет собой анализ НИПТ?ССЛ – Семейная средиземноморская лихорадкаЧто такое ферритин?Определение биологического родства - Тест на отцовствоЧто такое анализ Д-димер?Что такое целиакия и каковы ее симптомы?Что такое йод? Дефицит йодаЧто такое заболевание Оспа обезьян?Средства и виды ухода за зубамиКак правильно загорать?Что такое скорость оседания эритроцитов (СОЭ)?ГемофилияМенопаузаРак шейки матки и мазок по Папаниколау (ПАП-тест)Что такое анализ на Токсины клостридий A/Б (Clostridium Difficile)?Что такое анализ на антинуклеарные антитела (АНА)?Что представляет собой анализ на антимитохондриальные антитела (АМА М2)?Что представляет собой анализ на Антитела к бета-2-гликопротеину 1 класса IgM?Что такое тест секвенирования всего экзома (WES) и когда его следует проводить?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin KompleksiÇəki artıran vitaminlərQARACİYƏR YAĞLANMASIQARACİYƏR SİRROZUDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın GetməsiXroniki boyun ağrılarıNəfəs darlığıİntravenoz terapiyaMRT nədir?Heyvanlardan keçən xəstəliklərDifteriya nədir?Tetanus: Səbəbləri, Simptomları və Qarşısının AlınmasıÖskürək Növləri və MüalicəsiİnBody müayinəsi nədir?"So-Check:OligoScan" müayinəsi nədir?Гепатит BГепатит DHepatit AГепатит EHepatit CРотавирусАденовирусыПростой герпес

Rotavirus nədir?

Rotavirus — xüsusilə körpə və azyaşlı uşaqlarda rast gəlinən ən yayılmış virus mənşəli bağırsaq infeksiyalarından biridir. Rotavirus infeksiyası qlobal miqyasda hər il milyonlarla uşağa təsir edir. Bu infeksiya demək olar ki, 5 yaşına qədər bütün uşaqlarda rast gəlinir. İlk illərdə qazanılmış immunitet ömürlük olmadığı üçün rotavirusa yoluxma bir neçə dəfə təkrarlana bilər.

Rotavirusa yoluxma yolları

Rotavirus infeksiyası əsasən çirklənmiş əllərin, səthlərin və ya qidaların ağız yolu ilə orqanizmə keçməsi nəticəsində yayılır. Bu ötürülmə yolu tibbi dildə “fekal-oral yol” adlanır və xüsusilə uşaqlar arasında çox geniş yayılmışdır. Rotavirus bu qədər asan yayıldığına görə gigiyena qaydalarına ciddi şəkildə əməl etmək çox vacibdir.

  • İnsanlar arasında təmas: Rotavirus əsasən çirkli əllər vasitəsilə ötürülür. Bu hal xüsusilə uşaqlarda əllərin yetərincə yuyulmaması ilə əlaqədardır. Çirkli əllər vasitəsilə virus ağız boşluğuna, oradan isə həzm sisteminə daxil olaraq infeksiyaya səbəb ola bilər.

  • Çirklənmiş əşyalar və qidalar vasitəsilə: Tualetlər, qapı tutacaqları, dəsmal kimi əşyalarla təmasdan sonra da yoluxma mümkündür. Rotavirus oyuncaqlar və digər sərt səthlər üzərində uzun müddət yaşaya bilər və bu yoluxma riskini olduqca artırır.

  • Nəcis: Yoluxma yolu kimi nəcisi xüsusi qeyd etmişik. Çünki, xəstəliyin əlaməti olan ishal bitdikdən 3 gün sonraya qədər nəcis hələ də yoluxucu hesab edilir. Qurumuş nəcisdə rotavirus bir neçə gün yaşaya bilir. Suda isə bir neçə həftə aktiv qala bilər.

Digər tərəfdən, əgər uşaq rotavirusla yoluxmuş, lakin xəstəliyin simptomları hələ özünü büruzə verməyibsə, bu halda belə rotavirusun başqalarına ötürülməsi mümkündür.

Rotavirus əlamət və simptomlar

Rotavirus infeksiyasının əsas əlamətləri kimi aşağıdakıları qeyd edə bilərik:

  • Şiddətli ishal: Kəskin olaraq başlayıb adətən 3-8 gün arası davam edir

  • Qusma;

  • Qarın ağrısı;

  • Qızdırma: İshalla eyni başlayıb 1-2 gün ərzində davam edir. 

Lakin, xəstəliyin klinik gedişi fərqlidir - bəzi hallarda yüngül əlamətlərlə keçə bildiyi halda, digər hallarda ağır simptomlarla müşayiət oluna bilər.

Yüngül hallarda: Hətta simptomlar olmadan virus yayılmağa davam edə bilər.

Ağır gedişli hallarda:

  • Nəcisdə qanın olması;

  • Tənəffüs və qan dövranı pozğunluğu;

  • Başgicəllənmə hallarına  rast gəlinə bilər.

Bütün bunlarla yanaşı davamlı ishal və qusma halları dehidratasiyaya, yəni bədənin maye itkisinə yol açır. Bu təsir nəticəsində ağız və boğaz quruluğu, dəridə solğunluq kimi əlamətlərə də rast gəlinir. 

Rotavirus inkubasiya müddəti və yoluxuculuq

Rotavirus infeksiyasının inkubasiya dövrü adətən 1–3 gün arasındadır. Bu dövrdə uşaqda heç bir əlamət görünməsə də, artıq yoluxuculuq başlaya bilər.

  • Xəstəlik əlamətləri aradan qalxdıqdan sonra belə, rotavirus 8 günə qədər nəcis vasitəsilə xaric olunmağa davam edə bilər.

  • Erkən doğulan körpələr və immun sistemi zəif olan şəxslər isə daha uzun müddət yoluxucu qala bilərlər.

Rotavirus diaqnostikası və testlər

Diaqnozda nəcisdə virus antigenin tapılması əsas rol oynayır. Nəcisdə virus antigeni Ekspress (daha sürətlidir və ilkin diaqnostika üçün uyğundur) və digər metodlarla (ELISA- daha spesifik diaqnostika) təyin edilə bilər. 

Ehtiyac olduğu təqdirdə yanaşı simptomlara əsasən, həkim mütəxəssis ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi və dəqiq diaqnoz üçün digər analiz və müayinələr təyin edə bilər.

Rotavirus xəstəliyi zamanı nələrə diqqət yetirməli? 

Rotavirus infeksiyası zamanı düzgün qulluq və simptomların doğru idarə olunması sağalma müddətini sürətləndirir və ağırlaşmaların qarşısını alır.

  • İstirahət və izolyasiya: Yoluxmanın qarşısını almaq üçün xəstəlik dövründə evdə qalmaq vacibdir.

  • Bol maye qəbulu: Bədənin susuzlaşmasının qarşısını almaq üçün kifayət qədər maye qəbul edilməlidir. Ehtiyac olduqda həkim nəzarətində damar içi maye müalicəsi tətbiq oluna bilər.

  • Körpələrdə ana südü davam etdirilməlidir: Ana südü həm qidalandırıcı, həm də qoruyucu təsirə malikdir.

  • Antibiotiklər təsirli deyil: Rotavirus bakteriya deyil, virus mənşəlidir, bu səbəblə antibiotiklər təsirsizdir.

  • İshal əleyhinə dərmanlar tövsiyə edilmir: Bu dərmanlar bağırsaq hərəkətini ləngidərək virusun orqanizmdə daha uzun müddət qalmasına səbəb ola bilər.

  • 6 yaşdan kiçik uşaqlar simptomlar tam keçənədək məktəbə və ya bağçaya göndərilməməlidir, bu, digər uşaqların yoluxmasının qarşısını alır.

  • Əl və tualet gigiyenasına xüsusi diqqət: Yoluxmanın qarşısını almağın ən təsirli yollarından biridir.

Rotavirusdan necə qorunmalı?

Rotavirusun qarşısını almağın ən təsirli yolu peyvənd və düzgün gigiyena vərdişləridir. Valideynlər aşağıdakı qoruyucu tədbirlərə əməl etməklə uşaqlarını bu yoluxucu virusdan effektiv şəkildə qoruya bilərlər:

Peyvənd: Körpələr üçün ağızdan qəbul edilən peyvənd tövsiyə edilir.  Peyvəndin növündən asılı olaraq 2 və ya 3 doz sayı kifayətdir.

  • Əl gigiyenası: Əllər mütləq sabunla yuyulmalıdır. Tualetdən sonra, yeməkdən əvvəl, uşaq bezinin dəyişməsindən sonra xüsusi ilə diqqət edilməlidir. 

  • Digər gigiyena tədbirləri: Şəxsi dəsmal və gigiyena vasitələrindən istifadə olunmalıdır. Dəsmallar, çarpayı dəstləri və paltarlar 60°C və daha yüksək temperaturda yuyulmalıdır. Qapı tutacaqları, kranlar və tez-tez toxunulan səthlər müntəzəm dezinfeksiya edilməlidir

  • Qida təhlükəsizliyi: Viruslar 70°C və yuxarı temperaturda məhv olur. Qidalarda çoxalmasalar da, səthlərində qala bilərlər.

Odur ki, rotavirus infeksiyasına qarşı effektiv qorunma üçün peyvəndin tətbiqi və gigiyenik qaydalara gündəlik riayət edilməsinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu yanaşma həm fərdi sağlamlığı qoruyur, həm də virusun yayılmasının qarşısını alır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi