Медицинская информация

Симптомы, причины и лечение заболеваний печени

Qaraciyər orqanizmin ən vacib daxili orqanlarından biridir və maddələr mübadiləsi, zərərli maddələrin zərərsizləşdirilməsi, hormon balansının qorunması kimi mühüm funksiyaları yerinə yetirir. Bu orqanın fəaliyyəti pozulduqda müxtəlif xəstəliklər ortaya çıxır və uzun müddət gizli inkişaf edə bilir. Erkən mərhələdə aşkar edilmədikdə isə ciddi fəsadlara səbəb ola bilər.

Qaraciyər xəstəlikləri hansılardır? 

Bu xəstəliklər müxtəlif səbəblərdən yaranır və klinik gedişinə görə fərqlənir. 
Tibbdə ən çox rast gəlinən qaraciyər xəstəlikləri bunlardır:

  • Yağlanma (alkoqollu və alkoqolsuz qaraciyər yağlanması)
  • Hepatitlər (A, B, C və digər növlər)
  • Fibroz və sirrozönü hallar
  • Metabolik və autoimmun pozğunluqlar
  • Qaraciyər serrozu
  • Şiş mənşəli patologiyalar
  • Uşaqlarda qaraciyər xəstəlikləri (irsi və metabolik səbəblər)

Bu xəstəliklər erkən mərhələdə fərqli əlamətlər vermədiyi üçün mütəmadi müayinələr tövsiyə olunur.

Qaraciyər xəstəliklərinin əsas əlamətləri

Qaraciyər xəstəliyinin əlamətləri ilkin mərhələdə zəif və qeyri-spesifik ola bilər. Lakin zamanla daha aydın klinik tablo formalaşır. 
Ən çox rast gəlinən əlamətlər aşağıdakılardır:

  • Daimi halsızlıq və tez yorulma
  • İştahasızlıq və çəki itkisi
  • Qarın nahiyəsində ağırlıq hissi
  • Dərinin və göz ağlarının saralması
  • Dərinin qaşınması
  • Ürəkbulanma və həzm pozğunluqları
  • Sidiyin tündləşməsi, nəcisin açıq rəng alması

Bu simptomlar çox vaxt xəstəliyin əlamətləri kimi qiymətləndirilir və həkim müayinəsini zəruri edir.

Qaraciyər xəstəliklərinin yaranma səbəbləri 

Bu xəstəliklər müxtəlif daxili və xarici faktorların təsiri ilə inkişaf edir. 
Əsas səbəblər bunlardır:

  • Virus mənşəli infeksiyalar
  • Uzunmüddətli alkoqol istifadəsi
  • Düzgün olmayan qidalanma
  • Piylənmə və insulin müqaviməti
  • Zərərli dərmanların nəzarətsiz qəbulu
  • Genetik və irsi faktorlar
  • Metabolik pozğunluqlar

Bu amillər birlikdə təsir etdikdə müalicə daha mürəkkəb mərhələyə keçə bilər. Qeyd etmək lazımdır ki, xəstə qaraciyər haqqındadüzgün və etibarlı tibbi məlumat almaqla müalicə prosesinin effektivliyini artırır və ağırlaşmaların qarşısını alır.

Qaraciyər xəstəliklərinin müalicəsi 

Bu xəstəliyin müalicəsi onun növünə, mərhələsinə və yaranma səbəbinə görə dəyişir. 
Müalicə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

  • Həyat tərzinin dəyişdirilməsi
  • Düzgün və balanslı qidalanma
  • Virusəleyhinə və dəstəkləyici dərmanların qəbulu
  • Metabolik pozğunluqların nəzarətə alınması
  • Zərərli vərdişlərin aradan qaldırılması

Erkən diaqnoz üçün qaraciyər geniş check up paketi qaraciyərin funksional vəziyyətini ətraflı qiymətləndirməyə imkan verir və risk faktorlarını vaxtında aşkar etməyə kömək edir. Bunun üçün sağlamlıq mərkəzimiz olan Sağlam Ailəyə müraciət edə bilərsiniz. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi