Медицинская информация

Ушная боль и ежедневный дискомфорт во время гриппа

Qış aylarında qrip və soyuqdəymə zamanı yaranan şikayətlərdən biri də qulaq tutulmasıdır. Bu vəziyyət eşitmədə azalma, təzyiq hissi və narahatlıqla müşayiət oluna bilər. Xüsusilə qripdən qulaq tutulması burun-boğaz-qulaq sisteminin bir-biri ilə əlaqəli olması səbəbilə tez-tez rast gəlinir və əksər hallarda müvəqqəti olur.

Qrip Zamanı Qulaq Tutulması - Səbəblər və Müalicə Yolları

Qrip zamanı qulaq tutulması əsasən burun və boğaz nahiyəsində yaranan şişkinliklə əlaqəlidir. İltihab nəticəsində qulaqla burun arasında yerləşən kanalların fəaliyyəti pozula bilər. Bu zaman qulaqda dolğunluq hissi yaranır. Yüngül hallarda istirahət, maye qəbulu və burun yollarının açılması vəziyyəti yaxşılaşdıra bilər. Bundan əlavə qripdən tez sağalma yolu yazımız ilə tanış olaraq, soyuqdəymədən daha sürətli şəkildə azad ola bilərsiniz. 

Qulaq Tutulması Nədir və Səbəbləri

Qulaq tutulması səbəbi müxtəlif amillərlə bağlı ola bilər. 
Ən çox rast gəlinən səbəblər:

  • Burun tutulması və selikli qişanın şişməsi
  • Qrip və virus infeksiyaları
  • Təzyiq dəyişiklikləri
  • Qulaqda maye yığılması
  • Soyuqdan qulaq tutulması

Bu hallar qulağın normal hava balansını poza bilər və tutulma hissi yaradar.

Qrip və Soyuqdəymə Zamanı Qulaq Tutulması

Qrip zamanı qulaq tutulması və soyuqdəymə zamanı qulaq tutulması adətən müvəqqəti xarakter daşıyır. Virus infeksiyası zamanı burun və boğazda yaranan iltihab qulağa qədər təsir göstərə bilər. Bu səbəbdən qulaq tutulması çox vaxt burun axması və boğaz ağrısı ilə birlikdə müşahidə olunur. Əgər ağrı, hərarət və ya eşitmədə ciddi azalma yaranarsa, mütləq müayinə lazımdır.

Qulaq Tutulması Zamanı Nə Etməli?

Bir çox insan qulaq tutulması zamanı nə etməli sualına cavab axtarır.
Yüngül hallarda aşağıdakılar kömək edə bilər:

  • Bol maye qəbul etmək
  • Burun tutulmasını azaltmaq
  • Qulağı soyuqdan qorumaq
  • Özbaşına qulaq damcısı istifadə etməmək
  • İstirahət etmək

Əlamətlər bir neçə gün ərzində keçmirsə və ya şiddətlənirsə, həkim müayinəsi vacibdir.

Qulaq Sağlamlığını Qorumaq üçün Tövsiyələr

Qulaq sağlamlığını qorumaq üçün aşağıdakı məqamlara diqqət etmək faydalıdır:

  • Qış aylarında qulaqları soyuqdan qorumaq
  • Qrip və soyuqdəyməni vaxtında müalicə etmək
  • Burun-boğaz infeksiyalarını laqeyd yanaşmamaq
  • Qulağa yad cisim və maye salmamaq

Bu tədbirlər qulaqla bağlı problemlərin qarşısını almağa kömək edir. Əgər qrip zamanı qulaq tutulması uzun müddət davam edirsə, ağrı və ya eşitmədə azalma yaranıbsa, vəziyyəti diqqətsiz buraxmayın. Sağlam Ailə Tibb Mərkəzində qulaq-burun-boğaz müayinəsi ilə qulaq tutulmasının səbəbi dəqiqləşdirilir və vəziyyətə uyğun müalicə təyin olunur. Burada rahatlıqla müayinə və tibbi dəstək ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi