Конференции

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində III Milli Pediatriya Konqresi

III Milli Pediatriya Konqresində Sağlam Ailə Tibb Mərkəzinin həkimləri iştirak edib.

Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində III Milli Pediatriya Konqresi keçirilir.

Konqresin açılış mərasimində ölkənin aparıcı mütəxəssisləri uşaq sağlamlığının müasir çağırışları, o cümlədən profilaktika və müalicə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Sağlam Ailə Tibb Mərkəzinin uşaq endokrinoloqları Dr. Azad Əkbərzadə və Dr. Ləman Sultanova konqresin 3-cü panelində - “Uşaq Endokrinologiyası” mövzusunda çıxış ediblər. Onlar uşaqlarda endokrin problemlərinin profilaktikası və bu problemlərin vaxtında müalicə edilmədiyi təqdirdə yaranan ağırlaşmalar haqqında geniş məlumat təqdim ediblər.

Üç gün davam edən konqresdə pediatrik dermatologiya, qidalanma problemləri, ekstrakorporal müalicələr və digər mühüm mövzular müzakirə edilib. Konqres çərçivəsində keçirilən kurslarda 300-dən çox həkim-pediatr iştirak edir.

Sağlam Ailə Tibb Mərkəzi olaraq uşaq sağlamlığını qorumaq və gələcək nəsillər üçün sağlam həyat təmin etmək məqsədilə bu cür tədbirlərdə iştirak etməyə və dəstək göstərməyə davam edəcəyik.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi