12 may — Beynəlxalq Tibb Bacıları Gününə həsr etdiyimiz “Təxirəsalınmaz hallarda həkiməqədər tibbi yardım” mövzusunda təlimimiz uğurla başa çatdı.
SAĞLAM AİLƏ Tibb Mərkəzin Baş tibb bacısı Nəzirə Həsənovanın iştirakı ilə keçirilən bu təlimdə kritik hallarda ilkin müdaxilə qaydaları və ən müasir beynəlxalq protokollar praktiki şəkildə tədris olundu.
Tibb bacılarının bilik və bacarıqlarının mütəmadi təkmilləşdirilməsi hər bir pasiyentin həyatı üçün həlledici əhəmiyyət kəsb edir.







