30–31 may 2025-ci il tarixlərində Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə 1-ci “TURAN CUP” turniri təşkil olunub.
Turnir Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin təşkilatçılığı, Sağlam Ailə Tibb Mərkəzinin tərəfdaşlığı, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli İdman Növləri Assosiasiyası, Azərbaycan Tibb Universiteti, eləcə də Beynəlxalq və Avropa Kəndirlə Mübarizə Federasiyalarının dəstəyi ilə baş tutub.
Sağlam Ailə Tibb Mərkəzi olaraq, iştirakçıların sağlamlığını və təhlükəsizliyini təmin etmək əsas məqsədimizdir. Məhz bu səbəbdən turnirin 2-ci günündə baş tutan kəndirlə mübarizə idman yarışının təhlükəsizlik və sağlamlıq standartlarına uyğun şəkildə həyata keçirilməsini təmin etdik.
Turnir zamanı zədələnən idmançılara əməkdaşlarımız tərəfindən tibbi yardım göstərildi.
Sağlam Ailə Tibb Mərkəzi – sağlamlığınızın keşiyindədir!











