Мероприятия

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə birlikdə 8 mart “Beynəlxalq Qadınlar Günü” ərəfəsində ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Qadınların üzərinə böyük öhdəliklər düşür. Burada yalnız iş və ailə arasında tarazlayıcı funksiyanı nəzərdə tutulmur.

Onların sağlamlığı, psixoloji durumu ən önəmli mövzulardan biridir.Əgər qadın sağlamdırsa, onun ailəsi də, dünyaya gətirdiyi uşaq da fiziki və mənəvi cəhətdən sağlam olacaq.

Elə bu səbəbdən də 2 mart 2023-cü il tarixində “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə birlikdə 8 mart “Beynəlxalq Qadınlar Günü” ərəfəsində ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində Komitənin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları -aztəminatlı, həssas təbəqədən olan xanımlara ödənişsiz ginekoloji və laborator müayinə aksiyası keçirilib. Həmçinin aksiyada iştirak edən xanımlara ödənişsiz tibbi kartlar təqdim edildi.

Aksiya keçirilməsində əsas məqsəd onların yanında olmağ, sağlam gələcəyi üçün bir nəbzə də olsa kömək göstərməkdir.
Bu aksiyalar zamanı bir çox qadınlarda xəstəliklərin erkən aşkarlanması nəticəsində onların vaxtında müalicəsinə başlanıldı.

Dünyaya gözəlliyi və harmoniyanı qadın bəxş edir. Əziz xanımlar, hər zaman Sağlam Olun!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi