Мероприятия

Autizm xəstəlik deyil, fərqlilikdir

2 Aprel tarixi Dünyada Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu münasibətlə  Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Autizm Mərkəzinin və Mincəsənət Rəsm Qalereyasının dəstəyi ilə Autizmli uşaqlarla “Autizm xəstəlik deyil, fərqlilikdir” şüarı ilə layihə gerçəkləşdirilib.
Layihənin məqsədi autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini artırmaqdır.
Layihə zamanı Autizm Mərkəzində təhsil alan uşaqlar öz xəyal dünyalarındakı rənglərlə "Mənim xoşbəxt ailəm" konseptli rəsmlər çəkiblər.
Uşaqların çəkdiyi rəsmlər Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında daimi sərgilənəcək.

Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq Autizmi” adını verib. Daha sonra 1944-cü ildə isə Avstriyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları “Autist Psixopatiya” olaraq adlandırıb.
Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir.

Bu sindromu müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət və sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur. Autizmin ağır və yüngül dərəcələri var. Autizmin əsas xüsusiyyətləri nitqi qavramamaq, özünəqapanma, mümkün dəyişikliyə kəskin reaksiya vermək, eyniliyi davam etdirməyi tələb etmək, zaman və məkan anlayışlarının olmaması, insanlarla sosial münasibətlərin zəif olmasıdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi