Мероприятия

Azərbaycan Texniki Universitetində (AzTU) sağlamlıq və profilaktik səhiyyə mövzusunda maarifləndirmə tədbiri.

SAĞLAM AİLƏ Tibb Mərkəzi tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və müəllim heyəti üçün genişmiqyaslı maarifləndirici təlim təşkil olunub. Tədbirin əsas məqsədi universitet kollektivi arasında sağlam həyat tərzini aşılamaq və profilaktik müayinə mədəniyyətini təşviq etməkdir.

Təlim zamanı mərkəzin mütəxəssisi tərəfindən profilaktik səhiyyənin üstünlükləri, xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti və qeyri-infeksion xəstəliklərin qarşısının alınması yolları barədə məlumatlar təqdim edilib. Eyni zamanda, qadın və reproduktiv sağlamlıq, ana sağlamlığının qorunması və müntəzəm tibbi yoxlanışların (check-up) zəruriliyi mövzularına toxunulub.

Tələbə və əməkdaşları maraqlandıran suallar tibbi protokollar əsasında ətraflı şəkildə cavablandırılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi