Мероприятия

Yelo Bank-da "İlkin Yardım" təlimi

Yelo Bankda Sağlam Ailə ilə İlkin Yardım Təlimi: Sağlamlıq Üçün İlkin Hazırlıq! 

Sağlamlıq həmişə prioritetdir! Bu məqsədlə, Yelo Bank əməkdaşları üçün Sağlam Ailə Tibb Mərkəzi tərəfindən xüsusi İlkin Yardım Təlimi keçirildi. Təlimi, mərkəzimizin həkim-terapevti Etibar Süleymanov aparırdı.

Təlimin əsas mövzuları:

  • Aşağı və yuxarı hərarət halları
  • Təzyiq altında sıxılma və qanaxmaların dayandırılması
  • Süni tənəffüs verilməsi və ürəyin qapalı masajı
  • Yaralara sarğı qoyulması və zərərçəkmişin ən yaxın tibbi müəssisəyə çatdırılması.

Təlimin məqsədi, fövqəladə hallar zamanı ilk tibbi yardım hazırlığı ilə bağlı maarifləndirmək və düzgün tibbi müdaxilə bacarıqlarını inkişaf etdirmək idi. Yelo Bank əməkdaşları, ilkin tibbi yardımın əhəmiyyəti, müxtəlif vəziyyətlərdə necə reaksiya verməli olduqları barədə biliklər əldə etdilər.

Həm nəzəri, həm də praktiki biliklər təqdim olundu, iştirakçılar bu həyati əhəmiyyətli mövzularla bağlı suallarını verərək ətraflı cavablar aldılar. Qəza və ya fövqəladə hallar zamanı bu biliklərin həyatı xilas etməkdə nə qədər vacib olduğunu bir daha vurğuladıq! 

Yelo Bank əməkdaşları indi iş yerlərində və gündəlik həyatlarında ilkin tibbi yardıma tam olaraq hazırdırlar. 

Bizimlə hər kəsin təhlükəsizliyi təminat altındadır!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi