Balacalara Sağlam Ailədə Məlumat Turu!
132-134 nömrəli Təhsil Kompleksinin məktəböncəsi qrupunun 5 yaşlı balaca fidanları "Sağlam Ailə Tibb Mərkəzi"nin qonağı oldular.
Ekskursiya, valideynlərin övladlarının maraq dairələrini daha erkən yaşdan kəşf etmələrinə dəstək olmaq məqsədilə təşkil edildi.
Təşəbbüs isə tibb mərkəzimizin oftalmoloqu, qayğıkeş ana Aynur Quliyevadan gəldi. Onun övladının daxil olduğu qrup üçün keçirilən bu ekskursiya, balacalar üçün həm maarifləndirici, həm də çox əyləncəli oldu. Uşaqlar real iş mühitini yaxından tanıyaraq, "böyüyəndə nə olmaq istəyirəm?" sualına daha yaxınlaşdılar.
Kim bilir, bəlkə də gələcəyimizin həkimləri, oftalmoloqları və ya tibb sahəsindəki liderləri ilə tanış olduq!
Biz Sağlam Ailə olaraq, uşaqlarımızın inkişafına dəstək olmaqdan hər zaman qürur duyuruq.
Ekskursiyadan unudulmaz anlar!
Информационные туры