Статьи

Мигрень

Miqren kəskin və güclü başağrılarına deyilir. Bəzi hallarda ürəkbulanma və qusmaya səbəb olur. İnsanların 20%-i nə vaxtsa miqren ağrıları ilə qarşılaşır.  Ehtimal olunur ki, miqren ağrılarına səbəb beyindəki qan damarlarının şişməsidir. Nəticədə beyində təzyiq artıq və ağrıya səbəb olur. Miqren ağrıları bir-neçə saatdan 2-3 günədək davam edə bilər.

Miqrendən öncə bəzi insanlar özlərində xəbərdarlıq siqnalları hiss edirlər. Bu siqnallar aura adlanır. Bu şəkillərdə ola bilər:

  • Görmə sahəsinin bir hissəsini tutan işıq ləkələri
  • Qulaqda zəng səsi
  • Bədənin müəyyən hissələrinin keyiməsi
  • Danışıqda çətinlik

Bəzi faktorlar vardır ki, miqren ağrısının başlamasına təkan verə bilər. Ən çox  yuxusuzluq, aclıq, stress və bəzi qidalar miqrenin başlamasına səbəb olur. Miqren gündəliyi tutmaqla ağrıların başlamasına hansısa faktorun təkan verib-vermədiyini izləyə bilərsiniz.  

Müalicə:

Miqren üçün hazırda effektiv bir müalicə yoxdur. Yəni əgər miqren tutmalarınız varsa həmişə rast gəlinəcəkdir. Lakin  miqren ağrılarını azaltmaq üçün müxtəlif üsullar vardır. Vacib olan miqrenin başlamasını hiss edən kimi həkim tərəfindən təyin olunan dərmanları qəbul etməkdir. Dərmanları nə qədər gec qəbul etsəniz müalicə o qədər zəif olacaq və ağrılar uzun davam edəcəkdir.  İlk növbədə pasiyentə tövsiyə olunan parasetamol, ibuprofen, triptanlardır. Əgər bunlar kömək etmirsə o zaman həkim təyinatı ilə pasiyent daha ağır dərmanlar qəbul edə bilər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi