Miqren kəskin və güclü başağrılarına deyilir. Bəzi hallarda ürəkbulanma və qusmaya səbəb olur. İnsanların 20%-i nə vaxtsa miqren ağrıları ilə qarşılaşır. Ehtimal olunur ki, miqren ağrılarına səbəb beyindəki qan damarlarının şişməsidir. Nəticədə beyində təzyiq artıq və ağrıya səbəb olur. Miqren ağrıları bir-neçə saatdan 2-3 günədək davam edə bilər.
Miqren nədir?
Miqren nədir? Bu suala cavab olaraq qeyd edək ki, miqren beyindəki damarların daralması və genişlənməsi nəticəsində meydana gəlir.
Miqren epizodik və ya xroniki ola bilər. Epizodik miqren ayda bir neçə dəfə baş verə bilir və daha yüngül simptomlarla müşayiət olunur. Xroniki miqren isə daha tez-tez təkrarlanır, bəzi hallarda ay ərzində 15 və daha çox gün davam edə bilər və həyat keyfiyyətinə ciddi təsir göstərir. Bu xəstəlik gündəlik fəaliyyətlərdə maneələr yarada, iş və sosial həyatın gedişatını poza bilər. Miqren tutmaları bəzən işıq, səs və ya müəyyən qoxulara qarşı həddindən artıq həssaslıqla başlayır və saatlarla, hətta günlərlə davam edir.
Miqren nədir, sualına daha geniş cavab vermək üçün onun əsas simptomlarına baxmaq lazımdır:
Güclü və döyünən baş ağrısı
İşığa və səsə həssaslıq
Ürəkbulanma və qusma
Yorğunluq və halsızlıq
Göz önündə qara nöqtələrin və ya işıq parıltılarının görünməsi
Miqren ağrısı zamanı nə etməli?
Miqren ağrısı zamanı nə etməli, sualına cavab olaraq bildirək ki, bu ağrını azaltmaq və rahatlamaq üçün bir neçə üsul tövsiyə olunur. Əvvəlcə, sakit və qaranlıq bir məkana çəkilmək, gözləri bağlayıb dincəlmək vacibdir. Soyuq kompres tətbiq etmək, bol su içmək və dərin nəfəs alma texnikalarından istifadə etmək də ağrının şiddətini azalda bilər. Həkim məsləhəti ilə istifadə edilən ağrıkəsicilər və ya miqren üçün xüsusi dərmanlar tutmaların qarşısını almağa kömək edə bilər. Bundan əlavə, yuxu rejiminə diqqət yetirmək, stressi minimuma endirmək və düzgün qidalanmaq miqrenin təkrarlanma ehtimalını azaldır. Əgər miqren ağrısı zamanı nə etməli, sualına cavab axtarırsınızsa, həyat tərzində kiçik dəyişikliklər edərək və lazım olduqda mütəxəssisə müraciət edərək bu problemi daha yaxşı idarə edə bilərsiniz.
Miqrendən öncə bəzi insanlar özlərində xəbərdarlıq siqnalları hiss edirlər. Bu siqnallar aura adlanır. Bu şəkillərdə ola bilər:
- Görmə sahəsinin bir hissəsini tutan işıq ləkələri
- Qulaqda zəng səsi
- Bədənin müəyyən hissələrinin keyiməsi
- Danışıqda çətinlik
Bəzi faktorlar vardır ki, miqren ağrısının başlamasına təkan verə bilər. Ən çox yuxusuzluq, aclıq, stress və bəzi qidalar miqrenin başlamasına səbəb olur. Miqren gündəliyi tutmaqla ağrıların başlamasına hansısa faktorun təkan verib-vermədiyini izləyə bilərsiniz.
Miqrenin müalicəsi
Miqren üçün hazırda effektiv bir müalicə yoxdur. Yəni əgər miqren tutmalarınız varsa həmişə rast gəlinəcəkdir. Lakin miqren ağrılarını azaltmaq üçün müxtəlif üsullar vardır. Vacib olan miqrenin başlamasını hiss edən kimi həkim tərəfindən təyin olunan dərmanları qəbul etməkdir. Dərmanları nə qədər gec qəbul etsəniz müalicə o qədər zəif olacaq və ağrılar uzun davam edəcəkdir. İlk növbədə pasiyentə tövsiyə olunan parasetamol, ibuprofen, triptanlardır. Əgər bunlar kömək etmirsə o zaman həkim təyinatı ilə pasiyent daha ağır dərmanlar qəbul edə bilər.