Общий

Akne sadəcə dəri səthində yaranan sadə bir problem deyil. O, orqanizmin daxili sistemlərində baş verən dəyişikliklərin dəridəki göstəricisidir. 
Çox zaman insanlar müxtəlif kremlər, maskalar və ya kosmetik vasitələrdən istifadə edərək sızanaqları aradan qaldırmağa çalışır, lakin bu üsullar yalnız müvəqqəti nəticə verir. Üstəlik, tərkibi uyğun seçilməmiş və ya kimyəvi cəhətdən aqressiv məhsullar dərinin qoruyucu qatını zədələyə bilər. Bu, iltihabın dərinləşməsinə, iz və ləkələrin qalmasına, bəzən də dəridə həssaslıq və yanma hissinin artmasına səbəb olur.

Əslində akne, yağ vəzilərinin ifrazının artması, məsamələrin tıxanması, bakteriyaların çoxalması və nəticədə yaranan iltihabi proses ilə əlaqəlidir.

   Aknenin yaranma mexanizminə nəzər salaq.

  1. Hormonların təsiri
    Yeniyetməlik dövründə, menstrual dövr və ya stress hallarında bədəndə hormonların nisbəti dəyişir.Bəzi hormonların ifrazı artır ki,bu hormonlar dəridəki yağ vəzilərinin fəaliyyətini gücləndirir. Nəticədə dəridə artıq yağ toplanır.

  2. Məsamələrin tıxanması
    Dərinin ölü hüceyrələri və sebum  birlikdə məsamələri bağlayır. Qapalı məsamə bakteriyaların inkişafə üçün əvəzedilməz mühitə çevrilir. 

  3. Bakteriyaların çoxalması
    Bakteriyalar çoxalaraq dəridə iltihab əmələ gətirir. Bu zaman dəridə qızartı, ağrı və irinli sızanaqlar yaranır.

Aknenin yaranmasında bir çox amil rol oynayır:

  • Hormon balanssızlığı (məsələn, polikistoz yumurtalıq sindromu və s.);
  • Qidalanma (yağlı, şirin və süd tərkibli qidalar);
  • Yuxusuzluq və gərginlik;
  • Uyğun olmayan kosmetik vasitələr;
  • Bəzi dərman preparatları.

    Akne müalicəsindən əvvəl laborator qan analizləri ilə səbəbi və ümumi sağlamlıq vəziyyətini təyin etmək vacibdir. 

Analiz nəticələri həkimə göstərir ki:

  • akne hormon mənşəlidirmi,
  • qlükoza-insulin balansı pozulubmu,
  • vitamin və mineral çatışmazlığı varmı,
  • və yaxud iltihabi və ya bakterial proses üstünlük təşkil edirmi.

Bu məlumatlara əsasən müalicə tam fərdi şəkildə planlaşdırılır.Beləliklə, müalicə səbəbin hədəflənməsi ilə daha qalıcı nəticə verir.

Check-up paketə daxil olan müayinələr:

  • Qanın kliniki analizi
  • Lipid spektri
  • Qlükoza
  • ALT
  • AST
  • Ümumi Bilirubin 
  • Kreatinin
  • Sidik cövhəri(UREA)
  • Totatl Testosteron
  • Sərbst Testosteron
  • DHEA-SO4
  • İnsulin 
  • İnsulin Rezistentliyi

 

 

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi