Vitamin Check-up Paketləri

  • Hamiləlik dövründə sizin və körpənizin ehtiyac duyduğu əsas vitamin və mineralların yoxlanması üçün check-up paketi
    Bu check-up paket niyə əhəmiyyətlidir?

Hamilə qadın orqanizmi faydalı maddələrə olan tələbatın artdığı bir dövrdən keçir. Artıq mayalanma mərhələsində və xüsusilə ilk 12 həftə ərzində orqanizmdə vitamin və mineralların yetərli səviyyədə olması son dərəcə vacibdir. Bu, hamiləliyin normal gedişatını və dölün inkişaf qüsurlarının qarşısının alınmasını təmin edir.

Hamilə qadınlar tez-tez instinktiv olaraq daha sağlam və müxtəlif qidalanmağa çalışırlar ki, körpə lazım olan bütün maddələri ala bilsin. Buna baxmayaraq, hamiləlik dövründə vitamin və mineral çatışmazlıqları çox yayılmışdır. Məhz bu səbəbdən, kompleks müayinələr bu dövrdə ən çox rast gəlinən çatışmazlıqları üzə çıxarmağa kömək edir.


Check-up paket tərkibində yoxlanılanlar

  • Vitamin D
  • Yod,I serum
  • Vitamin B9
  • İonlaşmış Kalsium
  • Dəmir,Fe
 

Vitamin D (25-OH):Vitamin D hamiləliyin bütün dövründə, xüsusən də plasentanın formalaşması mərhələsindən etibarən yetərli səviyyədə olmalıdır.Bu vitamin “ana–plasenta–döl” əlaqəsini sağlam təmini, embrional inkişaf ,həm də doğuşdan sonrakı dövrlərin normal keçməsi üçün mühüm rol oynayır.Tədqiqatlar göstərir ki, vitamin D səviyyəsinin aşağı olması aşağıdakı ağırlaşmalarla nəticələnir:

  • Erkən doğuş riski,
  • Plasentar çatışmazlıq,
  • Hamiləliyin pozulması,
  • Preeklampsiya,
  • Bakterial vaginoz,
  • Uşaqlığın yığılma qabiliyyətində pozğunluq

    Yod,I:Döl orqanizmi yod çatışmazlığına qarşı ana orqanizmindən daha həssasdır.Ona görə də hamiləlik zamanı, hətta qısa müddətli yod çatışmazlığı belə ciddi və geri dönməz nəticələrə səbəb ola bilər.Bu çatışmazlığın ən çox təsir etdiyi sahəyə:uşağın əqli (psixi) və hərəkət (motor) inkişafı aiddir. Tədqiqatlar göstərir ki, hamiləlik zamanı hətta zəif yod çatışmazlığı olan anaların uşaqları psixomotor inkişafda geri qalma əlamətləri ilə doğula bilər. Bu gerilik yod çatışmazlığının dərəcəsi ilə birbaşa əlaqəlidir.Daha ağır hallarda:
  • Zehni gerilik (ağır zəka çatışmazlığı),
  • Boy inkişafında ləngimə,
  • Orqan və sistemlərin quruluş qüsurları baş verə bilər.
 

Vitamin B9 (Fol turşusu)Fol turşusunun çatışmazlığı və ya mübadiləsinin pozulması aşağıdakı doğuş qüsurlarının yaranmasına səbəb ola bilər:

  • sinir borusu defektləri (beyin yırtığı),
  • sidik-cinsiyyət sistemi anomaliyaları,
  • ürək və üz-çənə quruluşu qüsurları (məsələn, “dovşan dodaqlılıq).

Aşağı fol turşusu qəbulunun əl və ayaq inkişafı pozğunluqlarını 4 dəfə artırdığı sübut olunmuşdur.

 

İonlaşdırılmış Kalsium (Ca²⁺):Kalsium çatışmazlığı:

  • dölün böyümə və inkişafının ləngiməsinə,
  • toksikozun artmasına,
  • vegetativ-sinir sistemi pozğunluqlarına səbəb ola bilər.

Kalsium böyrəklərin normal işləməsi və qanda xolesterin səviyyəsinin tənzimlənməsi üçün də vacibdir.
Eyni zamanda, kalsium ana orqanizmdə osteoporoz və diş çürüməsinin profilaktikasında mühüm rol oynayır.

Hamiləlik zamanı endokrin sistemin funksional dəyişiklikləri səbəbilə orqanizmdə bütün mübadilə sistemlərində, o cümlədən kalsium-fosfor balansında və sümük mübadiləsində dəyişikliklər baş verir. Bu da kalsium çatışmazlığı riskini artırır.

 

Dəmir :Hamiləlik zamanı dəmir ehtiyacının artması səbəbindən bu elementin çatışmazlığı çox geniş yayılmışdır. Bu, həm artan tələbat, həm də qidalarla kifayət qədər qəbul olunmaması, yaxud bağırsaqlarda mənimsənmənin pozulması ilə bağlı ola bilər.
Bundan başqa, eritropoetinin (eritrositləri stimullaşdıran hormon) qeyri-kafi istehsalı da vəziyyəti daha da ağırlaşdıra bilər.

Dəmir çatışmazlığı fonunda hamiləlik zamanı ən çox rast gəlinən problemlər:

  • hamiləliyin yarımçıq kəsilməsi riski,
  • plasentar çatışmazlıq,
  • erkən doğuş.

Tədqiqatlara görə, dəmir çatışmazlığı hallarında bu fəsadların görülmə tezliyi 28–40% arasında dəyişir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi