Bu Check-up paket niyə əhəmiyyətlidir?
Qadın reproduktiv sağlamlığının tənzimlənməsində aparıcı rol hipotalamus, hipofiz vəzi və yumurtalıqların hormonlarına aiddir, lakin vitaminlər və mikroelementlər də müəyyən rol oynayır. Müəyyən edilmişdir ki, bəzi mikroelementlərin çatışmazlığı, bəzilərinin isə normadan artıqlığı aybaşı dövrünün pozulması, sonsuzluq və hamiləliyin pis nəticələnməsi ilə nəticələnir.
Check-up paketə daxil olanlar:
- Xrom,Cr
- Sink,Zn
- Selen,Se
- Koenzim Q10
- Vitamin E
- Vitamin A
- Vitamin B12
- Dəmir,Fe
- Vitamin B9
- 25-OH Vitamin D
- Vitamin E və Selen güclü antioksidantlardır və sərbəst radikalların zərərli təsirindən hüceyrələri qoruyur. Onların rolu xüsusilə preeklampsiya, plasenta çatışmazlığı kimi- hamiləliyin ağırlaşmalarında,dölün inkişafına təsir göstərə bilən dərman maddələri və spirt qəbul edərkən vacibdir.
- Sink: Qadın sağlamlığının qorunmasında və hamiləliyin normal inkişafında sinkin rolu bir sıra araşdırmalar və müşahidə tədqiqatlarında müəyyən edilmişdir. Sink çatışmazlığı plasentanın ayrılması, vaxtından əvvəl doğuş və ana orqanizminin doğuşda zəiflik riskinin artması ilə əlaqələndirilmişdir.Buna görə də, hamiləlikdə kifayət qədər sink qəbulu həm ananın, həm də körpənin sağlamlığı üçün vacibdir.
- Dəmir çatışmazlığı anemiyası uşaqlıq daxili və dölün inkişafının ləngiməsi, vaxtından əvvəl doğuş, çəki azlığı, doğuşdan sonrakı qanaxma, ana və körpə ölümü kimi hamiləlik ağırlaşmaları üçün bilinən risk faktorudur. Üstəlik, uşaq inkişafının ilkin mərhələlərində dəmir çatışmazlığı sinir hüceyrələrini xaricdən əhatə edən mielin qatının yaranmasına mənfi təsir göstərir.Həyatın ilk 4-6 ayında böyüməkdə olan körpə üçün dəmirin əsas mənbəyi anadan alınan dəmir ehtiyatlarıdır, buna görə hamilə qadının bu elementi kifayət qədər miqdarda alması çox vacibdir.
- Vitamin A dölün ana bətnində inkişafı zamanı hüceyrələrin diferensiasiyasında, xüsusən də dölün immun sisteminin formalaşmasında mühüm rol oynayır.
- Coenzyme Q10 güclü antioksidant xüsusiyyətlərə malikdir, buna görə də yumurtahüceyrələri sərbəst radikalların mənfi təsirlərindən qoruyur, hansı ki bunlar, xromosom zədələnmələrinə səbəb ola bilər.
- Vitamin D insan orqanizmində bir çox hormonların xüsusi ilə də reproduktiv sağlamlığa dəstək verən və ovulyasiyanı tənzimləyən hormonların tam sintezini təmin edir. Aparılan təcrübələr göstərir ki, orqanizmdə D vitamininin yüksək səviyyədə olması süni mayalanma keçirən anaların proqnozunu yaxşılaşdırır.
- Vitamin B9(Fol turşusu) reproduktiv sağlamlığı yaxşılaşdırır və qadın reproduktiv orqanlarının estrogenə normal reaksiyasını təmin edir. Və bu, yumurta hüceyrələrin uğurlu döllənməsi və hamiləliyin başlaması şansını artırır.Hamiləlik planlaşdıran qadınlara fol turşusu qəbul etmək tövsiyə olunur, çünki bu vitamin həm mayalanma şansını artırır, həm də dölün sağlam formalaşmasına kömək edir.
- Xrom qanda qlükoza səviyyəsini tənzimləyə bilir, ona olan ehtiyacı azaldır. Mikroelement hematopoez(yeni qan hüceyrələrinin yaranma prosesi) mexanizmlərinə, tiroid vəzinin işinə, nuklein turşularının quruluşuna və bədəndəki enerji proseslərinə təsir göstərir.
- Vitamin B12 çatışmazlığı cinsi sağlamlığa mənfi təsir göstərə bilər. Belə bir çatışmazlıq serviksdə(uşaqlıq ağzı) hüceyrə anormallıqlarına səbəb ola bilər, hətta aylıq ovulyasiya prosesinin pozulmasına səbəb ola bilər. Yetərli miqdarda B12 vitamini uşaqlıq daxili selikli qişanın sağlamlığını dəstəkləyir, bu da döllənmiş yumurtanın müvəffəqiyyətlə bağlanmasına kömək edir və düşük riskini azaltmağa kömək edir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.