Bu Check-up paket niyə əhəmiyyətlidir?
Qalxanabənzər vəzidə baş verən müxtəlif patoloji proseslər zamanı maddələr mübadiləsi pozulur. Bu pozğunluqlar çox vaxt fərqli vitamin və mineral çatışmazlığı şəklində özünü göstərir. Məhz bu səbəbdən kompleks analizlər aparmaq qalxanabənzər vəzin fəaliyyətində yaranan pozğunluqlar zamanı ən çox rast gəlinən qida maddəsi çatışmazlıqlarını üzə çıxarmağa kömək edir.
Check-up paket tərkibində yoxlanılanlar:
- Yod,I idrar
- Maqnezium,Mg
- Sink,Zn
- Vitamin B12
- Vitamin B6
- Yod – qalxanabənzər vəz hormonlarının əsas tərkib hissəsidir. Yod çatışmazlığı olduqda vəzin həcmi böyüməyə başlayır. Əgər bu zaman hormonların sintezi pozulmayıbsa, bu hal endemik zob adlanır.
- Maqnezium – hipertiroidizm zamanı onun səviyyəsi qanda adətən azalır. Əksinə, tirotrop hormonun (TSH) yüksək olduğu hallarda (hipotiroidizm) maqnezium səviyyəsi artmış olur.
Vəziyyət | Maqneziumun Dəyişimi | İzah |
Hipertiroidizm | Maqnezium azalır | Qalxanabənzər vəz hormonlarının həddindən artıq ifrazı metabolizmanı sürətləndirir və maqnezium sürətlə tükənir. |
Hipotiroidizm (TSH ↑) | Maqnezium artır | TSH yüksək olduqda (qalxanabənzər vəzi funksiyasə zəiflədikdə ), metabolik fəaliyyət zəifləyir, maqnezium qanda toplanır. |
- Sink – qalxanabənzər vəz hormonlarının sintezini zəiflədir.Nəticədə hipotiroidizm inkişaf edir. Digər tərəfdən, qalxanabənzər vəz hormonları da sink mübadiləsində iştirak edir, yəni hipotiroidizm özü də sink çatışmazlığına yol aça bilər.
- Vitamin B6 (piridoksin) – TSH (tirotrop hormon) sintezini stimullaşdırır. Onun çatışmazlığı hipotalamus səviyyəsində TSH sintezini azaldaraq hipotiroidizmə səbəb ola bilər. Maraqlıdır ki, B6-nın artıq dozası da əks təsir göstərərək TSH səviyyəsini azalda bilər.
- Vitamin B12 (sianokobalamin) – qalxanabənzər vəz üçün xüsusilə vacibdir. O, yodun vəzi toxumasına daşınmasını təmin edir, beləliklə, hormonların sintezi üçün “daşıyıcı” rolunu oynayır
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.